Azərbaycan Kubokunda tarixi rekord 23 ildən sonra ilk
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb.
Apasport.az xəbər verir ki, turnirin tarixində ilk dəfə eyni liqa təmsilçilərinin qarşılaşmasında 12 və ya daha çox top fərqi qeydə alınıb.
II Liqa klublarının 1-ci təsnifat mərhələsində üz-üzə gəldiyi oyunda “Qaradağ Lökbatan” “Şəki”ni 12:0 hesabı ilə məğlub edib.
1992-ci ildən keçirilən ölkə kubokunda 12 və daha çox top fərqinə 5-ci dəfə rast gəlinib. Lakin əvvəlki dörd qarşılaşmanın hamısında qalib gələn komanda rəqibindən daha yüksək liqada çıxış edib.
Bu nəticə həm də turnirin son 23 mövsümdəki ən böyükhesablı qələbəsidir. Sonuncu dəfə daha böyük fərq 2003/04 mövsümündə qeydə alınıb. Həmin vaxt “Şəfa” “Lider Qarabağ”ı 14:0 hesabı ilə məğlub edib. Eyni nəticə 1997/98 mövsümündə “Şəfa” ilə HHQ İK arasında keçirilən görüşdə də yaşanıb.
1997/98 mövsümündə “Qarabağ” “Naftalan”ı, “Kür-Nur” isə “Babək-44”ü 12:0 hesabı ilə üstələyib.
“Qaradağ Lökbatan”ın qələbəsi daha iki yubiley göstəricisi ilə əlamətdar olub. Komandanın matçdakı 9-cu qolu klubun Azərbaycan Kubokunda vurduğu 50-ci top kimi tarixə düşüb. Yubiley qolunun müəllifi 71-ci dəqiqədə fərqlənən Vüsal Alızadə olub.
Kubokda 31 oyun keçirən və ümumilikdə 53 qol vuran paytaxt təmsilçisi bu turnirdə 50 qol həddinə çatan 22-ci komanda olub.
“Qaradağ Lökbatan”ın matçdakı 5-ci qolu isə klubun kubok oyunlarında doğma meydanda vurduğu 30-cu top olub. Həmin qola 17-ci dəqiqədə Kamil Mahmudov imza atıb.
Bununla da Bakı təmsilçisi Azərbaycan Kubokunda öz meydanında ən azı 30 qol vuran 21-ci komanda kimi tarixə düşüb. 12-ci ev oyunundan sonra klubun bu göstəricisi 37-yə yüksəlib.
Əvəzedicilər Liqası: VII turun oyun cədvəli açıqlanıb MPL: Son çempion hazırkı liderlə üz-üzə - YENİLƏNİR AFFA UEFA-nın qərarına qarşı çıxdı – 54 ölkə razılaşdı Arda Güler “Real”da ayın ən yaxşısı seçildi "Neftçi" "Sabah"la oyunun hazırlığını başa vurub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 09 Oktyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















