Icma.az
close
up
RU
Azərbaycan kulinariyası Özbəkistanda təqdim olunub

Azərbaycan kulinariyası Özbəkistanda təqdim olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 avqust, Günel Alıyeva, AZƏRTAC

Özbəkistanın Səmərqənd şəhərində avqustun 1-3-də “Səmərqənd plovu” adlı birinci beynəlxalq festival keçirilib. Bu tədbir qastronomik turizmin inkişafı və xalqlar arasında mədəni mübadilədə mühüm hadisəyə çevrilib.

AZƏRTAC xəbər verir ki, festivalda Türkiyə, Yaponiya, Qətər, Misir, Pakistan, Cənubi Koreya, Qazaxıstan və Tacikistan da daxil olmaqla 15-dən çox ölkədən aşpazlar iştirak ediblər. Azərbaycan da öz mətbəxinin zənginliyini yüksək səviyyədə nümayiş etdirən iştirakçı ölkələr sırasında yer alıb.

Nümayəndə heyətinə milli mətbəx üzrə ekspert, Azərbaycanın interaktiv qastronomik xəritəsini əks etdirən rəqəmsal portal - “Diyar.az” kulinariya layihəsinin müəllifi və direktoru Nigar Əmirbəyova başçılıq edib. Platforma artıq hazırlanıb və ölkə regionlarının kulinariya müxtəlifliyini əks etdirən məkanları özündə ehtiva edir, lakin hazırda resursa giriş məhduddur. Layihə milli mətbəxin populyarlaşdırılması və qastronomik turizmin inkişafına yönəlib. Bundan başqa, Nigar Əmirbəyova həm də Dünya Restoran İdmanı Federasiyasının (The World Federation of Restaurant Sport) nümayəndəsidir.

Kulinariya mütəxəssisi festivala Özbəkistanın Azərbaycandakı səfirliyi tərəfindən dəvət olunub və beynəlxalq aşpazlar arasında keçirilən müsabiqədə ölkəni təmsil edib.

Nigar Əmirbəyova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, hazırda diqqətini yerli qastronomik turizmin inkişafına və onun səyləri ilə üç ildən artıqdır ki, inkişaf edən “Diyar.az” portalı üçün məzmun yaratmağa yönəldir.

Milli komanda: ustalıq, ənənələr və ilham

Azərbaycan nümayəndə heyətinə milli mətbəxin incəliklərinə yaxşı bələd olan təcrübəli aşpazlar: Nigar Əmirbəyova, Simuzər Süleymanova, Elçin Həsənov və Tural Kərimli daxil idi.

Səfərin ilk günündə komanda Səmərqənd şəhərinin tarixi abidələri və muzeyləri ilə tanış olub - mədəni irsə dərindən nüfuz etmək aşpazları orijinal yeməklər hazırlamağa ruhlandırıb.

Avqustun 2-də əcnəbi aşpazlar arasında “Plov” kateqoriyası üzrə müsabiqə çərçivəsində Azərbaycan komandası eksklüziv olaraq Azərbaycandan gətirilən inqrediyentlərdən hazırlanmış ənənəvi plovun bir dəfəyə üç növünü təqdim edib: şüyüd və lobya ilə plov (quzu əti ilə), albalı və toyuqlu plov, hisə verilmiş balıq ilə “Boranı” plov.

Həmsöhbətimiz deyir: “Biz prosesə sevgi ilə və adət-ənənələrə hörmətlə yanaşdıq. Hər bir resept ən xırda detallarına – xörəyin dadı, ətri, teksturası, rəng qammasına qədər düşünülmüşdü. Hətta böyük miqdarda hazırlansa belə, xörəyin estetik qavrayışını qoruyub saxlamaq bizim üçün vacib idi”.

Hər üç plovun bir qazanda bişirilməsi tamaşaçılar və münsiflər heyətinin xüsusi marağına səbəb olub. Müsabiqə qaydalarına əsasən, iştirakçılar 5 kiloqramdan çox olmayan düyüdən istifadə etməli idilər, lakin Azərbaycan komandası limiti aşdı: 10 kiloqram düyü, üç orijinal resept, üç dad profili ilə bir ləzzət ortaya qoydu.

Nigar xanım əlavə edir: “Heç də asan olmadı, amma nəticə buna dəyərdi. Təqdimatın orijinallığına və icra məharətinə görə yüksək qiymət aldıq”.

O, həmçinin qastronomik festivalların mədəniyyət diplomatiyasında mühüm rolunu vurğulayır.

“Səmərqənddəki festivalın nümunəsindən istifadə edərək qastronomik formatın mədəniyyətləri və xalqları necə birləşdirdiyini gördük. Bu, parlaq və canlı bayram formatında adət-ənənələrin, zövqlərin və dəyərlərin sintezidir”, -deyə kulinariya eksperti bildirib.

Plov mədəni rəmz kimi

Festival çərçivəsində “Plov mədəni-qastronomik rəmz kimi” mövzusunda elmi-praktik konfrans da keçirilib, burada onun tarixi-etnoqrafik dəyərindən danışılıb.

Ekspertin qeyd etdiyi kimi, Azərbaycan stendinə gələnlərin marağı inanılmaz olub: “Bizim plov hazırlamaq texnologiyamız digərlərindən fərqlənirdi. Biz özünəməxsus dad, ətir və görünüş təqdim etdik. Bu, ölkəmizin vizit kartına çevrilib”.

Onun sözlərinə görə, Azərbaycanın hər bir bölgəsi kulinariya reseptlərinin xəzinəsidir.

“Hər dəfə xalqımızın mətbəxində yeni bir şey kəşf edirəm. Azərbaycan qastronomik zənginliklər ölkəsidir. Düz 27 il əvvəl səyahətimə başlayanda, mətbəximizin nə qədər zəngin olduğunu təsəvvür belə edə bilməzdim”, - deyə Nigar Əmirbəyova qeyd edir.

Onun üçün qastronomiya sadəcə bir iş və peşə deyil, mədəni bir missiyadır.

Kulinariya eksperti izah edir: “Mətbəx insanların ruhudur. Yalnız biznes olan yerdə ruh yoxdur. Azərbaycan mətbəxi bizim mədəni kodumuzdur. Biz reseptləri toplayıb qeydiyyatını aparmalı, kitablar tərtib etməli,

yüksəkkeyfiyyətli rəqəmsal məhsullar yaratmalıyıq. Mən “Diyar.az” platformasında məhz bunu edirəm”.

Onun yaxın illərdəki planlarına Azərbaycanın regional mətbəxinə həsr olunmuş genişmiqyaslı yemək kitabının nəşri daxildir.

Səmərqənd böyük ürəklər və xeyirxah əməllər şəhəridir

Festivalın yekun akkordu “Ölməz şəhər” tarixi-etnoqrafik parkında 7 ton ağırlığında Səmərqənd plovunun hazırlanması olub. Bu prosesdə 50 yerli və 5 xarici aşpaz iştirak edib. Bunun üçün xüsusi olaraq nəhəng bir qazan hazırlanıb.

Bu layihədə humanitar aspekt xüsusi əhəmiyyət kəsb edib: festivalda hazırlanan plov və şorbanın bir hissəsi uşaq evlərinə, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinə və qocalar evlərinə göndərilib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri