Icma.az
close
up
RU
Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olunub

Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi, LuxAz Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Lüksemburqda hər il keçirilən və ölkənin ən böyük multikultural tədbirlərindən biri hesab olunan “Miqrasiyalar, Mədəniyyətlər və Vətəndaşlıq Festivalı”nın 43-cü buraxılışında ilk dəfə olaraq Azərbaycan stendi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, CLAE (Xarici Assosiasiyaların Əlaqələndirmə Komitəsi) tərəfindən təşkil olunan festival iki gün ərzində Luxexpo sərgi mərkəzində keçirilib və 400-dən çox stend müxtəlif ölkələrin mədəniyyətini, mətbəxini və ictimai fəaliyyətlərini təqdim edib. Tədbir müxtəlif icmalar arasında dialoqun gücləndirilməsi, inteqrasiya və mədəni müxtəlifliyin təşviqi məqsədi daşıyır.

Azərbaycan stendi vasitəsilə ziyarətçilərə ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və ənənələri təqdim edilib.

Bir sıra rəsmi şəxslər festival çərçivəsində Azərbaycan stendini ziyarət edib. Stendə Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettel və Lüksemburqun Ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə naziri Max Hahn baş çəkərək təqdim olunan mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

LuxAz nümayəndələri bildiriblər ki, bu iştirak Azərbaycan mədəniyyətinin Lüksemburqda tanıdılması və müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Stendin rəhbərləri Sevinc Ömərli və Seymur Əhmədov qeyd ediblər ki, bu kimi beynəlxalq tədbirlərdə iştirak gələcəkdə də davam etdiriləcək və Azərbaycanın zəngin mədəniyyəti daha geniş auditoriyaya təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Mart 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri