Icma.az
close
up
RU
Azərbaycan Macarıstan əlaqələri: strateji məqsədlərə xidmət edəcək uğurlu inkişaf

Azərbaycan Macarıstan əlaqələri: strateji məqsədlərə xidmət edəcək uğurlu inkişaf

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır. Bu dost ölkə ilə Avropa İttifaqı müstəvisində də fəal əməkdaşlıq edirik. Eyni zamanda, Macarıstan türk dünyasının Avropaya açılan qapısıdır. Macarıstanın Türk Dövlətləri Təşkilatının müşahidəçi statusda üzv olması bu baxımdan önəmlidir. Mayın 21-də bu ölkədə TDT-nin qeyri-rəsmi sammitinin keçirilməsi də xüsusi vurğulanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 20-də Macarıstana işgüzar səfəri ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Prezident İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orbanın görüşündə Azərbaycan ilə Macarıstan arasında müxtəlif sahələrdə, xüsusilə enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Mətbuata bəyanat zamanı dövlətimizin başçısının dediyi kimi, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Ölkəmiz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər.

Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli səfərlər münasibətlərin inkişafına təkan verdi. Prezident İlham Əliyevin Macarıstana bir neçə dəfə etdiyi rəsmi səfərlər və Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri zamanı bir sıra mühüm sənədlər imzalandı. 2014-cü ildə Budapeştdə imzalanmış "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" münasibətlərin yeni mərhələyə keçidini təsdiqlədi.

Hazırda Azərbaycan ilə Macarıstan arasında ticarət və sərmayə əlaqələri genişlənməkdədir. Enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və tikinti sahələri əməkdaşlığın əsas istiqamətlərindəndir. Macarıstan şirkətləri Azərbaycanın bərpa olunan enerji və infrastruktur layihələrində iştirak edirlər.

Azərbaycan və Macarıstan arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq uğurla inkişaf etməkdədir. Macarıstanda azərbaycanlı tələbələr təhsil alır, Azərbaycan isə macar tələbələr üçün təqaüd proqramları təqdim edir. Budapeştdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması da bu sahədə əlaqələrin gücləndirilməsinə xidmət edir.

Bundan başqa Azərbaycanın Avropaya enerji resurslarının nəqli məsələsində oynadığı mühüm rol Macarıstan tərəfindən yüksək qiymətləndirilir. Macarıstan Azərbaycanın "yaşıl enerji" təşəbbüslərinə dəstək verir və bu sahədə əməkdaşlıq perspektivləri genişdir.

2025-ci il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstan Respublikasına rəsmi səfəri zamanı Baş nazir cənab Viktor Orbanla baş tutan yüksək səviyyəli görüşü bu münasibətin daha dərinləşməsinə, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açdı. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bəyanatla çıxış edərək Azərbaycan-Macarıstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu vurğuladı. Bildirdi ki, bu əməkdaşlıq enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində yeni mərhələyə qədəm qoyur.

Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi qeyd etdi, Macarıstan ilə enerji sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini vurğuladı. Ölkə başçısı həmçinin qarşılıqlı sərmayə layihələrinin təşviqi, ticarət dövriyyəsinin artırılması və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti Macarıstanın Azərbaycanın ərazi bütövlüyünə daim göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd etdi və bu dəstəyin iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından biri olduğunu vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı həmçinin iki ölkənin maraqlarının, mövqelərininin bir-birinə yaxınlığından bəhs etdi. Hər iki xalqın öz köklərinə bağlı olması, əhalisinin və ərazisinin yaxınlığı, açıq dənizlərə çıxışın olmaması və s. kimi məqamlarda olan yaxınlığı qarşılıqlı anlaşma üçün də gözəl zəmin hesab edən ölkə başçısı eyni çağırış və reallıqlarla üz- üzə qaldığımızı da xüsusi vurğuladı. Bu yaxınlıq hər şeydən əvvəl Macarıstanın da müstəqil siyasət aparan nadir ölkələrdən biri olmasına əsaslanır. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir”. İkinci Qarabağ müharibəsinin BMT-nin Nizamnaməsi əsasında aparıldığını, Ermənistanın 30 illik işğalına son qoyaraq haqq savaşımızda qalib olduğumuzu, Azərbaycan əsgərinin rəşadətini önə çəkən Prezident sülh müqaviləsinin şərtləri, məsələyə Ermənistan tərəfinin münasibətini də nəzərə çatdırdı:“Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.

Mətbuata bəyanatı zamanı Prezident İlham Əliyev iki ölkə arasındakı energetika sahəsində uğurlu əməkdaşlığa nəzər saldı. Bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlindən Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlayacağını bildirən ölkə başçısı nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl yerlərdə olduğunu qeyd etdi.

Əlbəttə ki, Azərbaycan-Macarıstan münasibətləri bütün digər məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərəcək. Bunu imzalanan sazişlər, qurulan dostluq körpüləri, perspektiv planlar da sübut edir. Məlumdur ki, ötən il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilmişdir. Bu il həmin ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi bu siyasət aparmasının bariz sübutudur.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see179

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see158

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri