Icma.az
close
up
RU
Azərbaycan Macarıstan iqtisadi əlaqələri sadiq tərəfdaşlıq ruhunda inkişaf edir

Azərbaycan Macarıstan iqtisadi əlaqələri sadiq tərəfdaşlıq ruhunda inkişaf edir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Mərkəzi-Şərqi Avropa regionunda ən yaxın dostlarından biri olan Macarıstanla siyasi-iqtisadi əlaqələr tarixi köklərə və mehriban dostluğa əsaslanır. Tarixin bir çox mərhələsində Macarıstan Azərbaycanla siyasi, elmi-mədəni proseslərdə ortaq mövqe sərgiləyərək etibarlı dost kimi sadiqliyini nümayiş etdirib. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin Macarıstanla əməkdaşlığa xüsusi önəm verməsi, diplomatik münasibətlərin yaxın tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi rəsmi Budapeşti etibarlı müttəfiqə çevirib.

Prezident İlham Əliyevin də xarici siyasət kursunda Macarıstan ilk yerlərdən birini tutmuş, yaradılmış güclü siyasi dialoq və strateji əməkdaşlıq sayəsində əlaqələr yeni mərhələyə daxil olub. 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, habelə 2023-cü ildə qəbul edilən “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətləri ən yüksək zirvəyə yüksəldib.

İqtisadi əməkdaşlığı gücləndirən yeni layihələr

Azərbaycan Prezidentinin Macarıstana davamlı xarakter alan səfərləri, eləcə də, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri əməkdaşlığın dinamikasını və siyasi ruhunu daha da gücləndirib, əsil dostluq platforması formalaşdırıb. Təsadüfi deyil ki, V.Orban Azərbaycanı öz doğma Vətəni adlandırır. Eləcə də Cənab İlham Əliyev Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da dayanmadan güclənir. Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyası iki ölkə arasında iqitsadi-ticari sahədə əlaqələrin inkişafında vacib mexanizm kimi çıxış edir. Eləcə də iki ölkənin biznes icması və iri şirkətlərinin təmsil olunduğu Biznes-forumlar iqtisadi təmasların artmasında mühüm platformaya çevrilib. Ötən dövrdə Bakı və Budapeştdə 20-yə yaxın biznes forum, işgüzar görüş və digər tədbirlər keçirilib ki, bu da Azərbaycan və Macarıstan şirkətləri arasında iqtisadi-investisiya təşəbbüskarlığını artırıb. Ölkələr arasında ticarət dövriyyəsi 2024-cü ildə 65 milyon dollara yaxın olsa da, tərəflər bunu qanedici hesab etmir və yeni imkanları dəyərləndirmək niyyətindədir.

Prezident İlham Əliyevin səfəri zamanı bu məsələyə də diqqət çəkilib, əlaqələrin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə addımlar atılacağı bəyan olunub. Macarıstanın “MVM” və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artırmağı düşünür. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibi olmaqla, yeni layihələrdə də səhmdar olacaq. Belə ki, gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq ki, bu da Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkətlərinin fəaliyyətini təmin edəcək. Eləcə də Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf edirilməsi potensialı nəzərdən keçirilir və hər iki ölkənin birgə sərmayə qoyluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları qiymətləndirilir.

Macarıstanın enerji təhlükəziliyində Azərbaycanın rolu güclənir

Azərbaycan Pan-Avropa klubuna qoşduğu Macarıstanın enerji təhülkəsizliyində də mühüm təminatçıdır. Rəsmi Budapeşt Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində Cənub Qaz Dəhlizində yer almış əsas tərəfdaşlardan birinə çevrilib. Azərbaycan öz qaz ixracının coğrafiyasını genişləndirməklə Macarıstanı da əlavə resurslarla təchiz etməyi düşünür. Bu isə Budapeştin Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji bazarlarında yaranmış çətin və ağır tarif yüklərindən xilas olması, iqtisadi problemlərinin həllində mühüm rol oynayacaq. Baş nazir Viktor Orbanın vurğuladığı kimi qonşu ölkədə gedən müharibə ölkə iqtisadiyyatına 20 milyard avrodan artıq itki verib, Macarıstan Rusiya ilə enerji münasibətlərini qoruyub saxlasa da, Ukraynanın tətbiq etdiyi məhdudiyyətlər itkilərə səbəb olur. Türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın  dəstəyi olmasaydı, bu itkilər daha ağır olar bilərdi. Bu bəyanat bir daha Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyində mühüm rolunu təsdiqləyir.

Tərəflər həm də “yaşıl enerji” layihələrində də fəal işləyir və Azərbaycanın böyükmiqyaslı yaşıl enerji gündəliyi macar şirkətləri üçün cəlbedicidir. Həmin resursların istehsalı və emalı növbəti mərhələdə işə düşəcək Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” kəməri vasitəsilə Macarıstana da bərpaolunan enerjinin nəqlinə imkan verəcək. Yəni, Azərbaycan Macarıstanı qazla yanaşı, alternativ enerji mənbələri ilə də təmin edəcək.

Türk ailəsinin etibarlı üzvü

Macarıstan davamlı olaraq Türk Dünyasının birgə layihələrində yaxından təmsil olunmaqla faktiki olaraq Türk dövlətlərinin ortaq maraqlarını ifadə edir, Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv olmasına baxmayaraq, birgə layihələrdə təmsil olunub, özünü Türkdilli ölkələrin ailəsində hesab edərək regional layihələrdə iştirak edir. Türk dünyasının ortaq layihəsi olan Orta Dəhlizdə yer almaq üçün fəallığını artırır.

Beləliklə, regionda baş verən geosiyasi proseslər və yaranmış yeni reallqlar Azərbaycan və Macarıstan arasında strateji müttəfiqliyin də dərinləşməsini labüd edir. Şübhəsiz ki, Prezident İlham Əliyevin mayın 20-də Macarıstana səfəri iki ölkə arasında əlaqələrin perspektivləri üçün yeni səhifə açacaq, xüsusən də iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri