Icma.az
close
up
RU
Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanın paytaxtı Maskat şəhərində keçirilən Maskat Fəaliyyət Planı Forumunda iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 40 ölkədən 70-dən artıq ənənəvi və yerli lideri, dini və hökumət nümayəndələrini, BMT qurumlarının təmsilçilərini, habelə sülh quruculuğu üzrə mütəxəssisləri bir araya gətirən forum nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi cinayətlərin qarşısının alınması, sülh vasitəçiliyinin gücləndirilməsi məsələlərinə həsr olunub.

Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən Forum BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən təqdim edilmiş Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin müzakirəsi və təqdimatı baxımından mühüm beynəlxalq platformadır.

Noyabrın 16-da - Beynəlxalq Tolerantlıq Günündə Forumun yüksək səviyyəli açılış mərasimində çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını iştirakçılara çatdırıb, tədbirin işinə və dünyada sülhün möhkəmləndirilməsi istiqamətində səylərə uğurlar arzulayıb.

Şeyxülislam çıxışında insan həyatının qorunmasının, beynəlxalq hüquq normalarına və ümumbəşəri mənəvi dəyərlərə hörmətin, dini-əxlaqi prinsiplərin təşviqinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, müasir dünyanın qarşısında duran problemlərin həlli, sülhün qorunması və sivilizasiyalar arasında etimadın möhkəmləndirilməsi dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığını zəruri edir. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi, dinlərarası dialoqun təşviqi və insan həyatının qorunması istiqamətindəki səyləri xüsusi əhəmiyyət daşıyır.

Çıxışında Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsindən danışan QMİ sədri qeyd edib ki, ölkəmizdə tarixən formalaşmış dini və etnik müxtəliflik milli sərvət kimi qorunur, dinlərarası və məzhəblərarası anlaşma dövlət siyasəti səviyyəsində dəstəklənir. Şeyxülislam bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və azərbaycançılıq məfkurəsi əsasında formalaşan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizm və mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq təşəbbüslərində mühüm yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.

A.Paşazadə vurğulayıb ki, milli, irqi və dini zəmində ekstremizmin qarşısının alınması, tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqi müasir dünyada xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın müxtəlif mədəniyyət və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətə əsaslanan birgəyaşayış təcrübəsi Maskat Fəaliyyət Planının məqsədləri baxımından faydalı nümunə ola bilər.

Şeyxülislam, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. O, etnik təmizləmə və Xocalı soyqırımı faciəsini yaşamış xalq olaraq Azərbaycanın insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasına və dünyada davamlı sülhün təmin edilməsinə yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəklədiyini bildirib.

x x x

Forum çərçivəsində QMİ sədri Allahşükür Paşazadə bir sıra ikitərəfli görüşlər də keçirib.

Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əl-Busəidi şeyxülislamın forumda iştirakına görə təşəkkürünü bildirib. Oman Sultanlığının Vəqflər və Dini Məsələlər naziri Məhəmməd bin Səid Əl-Maamari ilə görüşdə isə ölkələr arasında dini-mənəvi əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Forumun həmtəşkilatçıları - BMT Baş katibinin Soyqırımların Qarşısının Alınması üzrə xüsusi müşaviri Çaloka Beyani və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin icraçı direktoru Məhəmməd Əlsanusi ilə görüşlərdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Dürham ilə görüşdə A.Paşazadənin bu platformada fəal iştirakı, eləcə də qurum nəzdində şeyxülislamın həmtəsisçiliyi ilə yaradılmış Müxtəlif Dinlərin Məşvərət Şurasının gələcək fəaliyyəti müzakirə edilib.

Məşvərət Şurasının üzvü, Xalkidonun baş mitropoliti Emmanuil Adamakis ilə görüşdə isə dini liderlərin beynəlxalq platformalarda əməkdaşlığının əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Forum Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatı ilə işini davam etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri