Icma.az
close
up
RU
Azərbaycan mediası və süni intellekt: Bu, jurnalistikanın inkişafı üçün mühüm addımdır /RƏYLƏR

Azərbaycan mediası və süni intellekt: Bu, jurnalistikanın inkişafı üçün mühüm addımdır /RƏYLƏR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 27–28-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün ‘Süni intellektin mediada tətbiqi’ mövzusunda iki gün davam edən seminar keçirilib.

Seminarın açılışında çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva bildirib ki, süni intellekt texnologiyaları medianın gələcəyini formalaşdırır və xəbər istehsalı ilə informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında süni intellektin imkanlarından danışıb:

“Azərbaycan jurnalistlərinin ixtisas artırılması əvvəllər sistemli şəkildə aparılmayıb, əvvəlki metodlar peşəkarlıq baxımından kifayət etmirdi. Bu baxımdan, Media İnkişaf Agentliyinin təşkil etdiyi təlimlərin əsas məqsədi jurnalistlərin, xüsusilə gənc həmkarlarımızın, peşəkarlıq səviyyəsini artırmaq və onları yeni texnologiyalar, xüsusilə süni intellekt barədə məlumatlandırmaqdır.

Süni intellekt jurnalistika üçün vacib alətdir. O, məqalələrin təqdimatı üçün tövsiyələr verə, məlumatlar təqdim edə bilər və işimizi asanlaşdıra bilər. Lakin əsas məsələ jurnalistin tədqiqat aparmaq və analiz etmək bacarığıdır. Süni intellektdən soruşub məlumatları kopyalamaq peşəkarlığın əvəzi deyil. Bu, insanın dünyagörüşü və bacarıqları ilə bağlıdır. Biz süni intellektlə qarşılıqlı əməkdaşlıq etməliyik”.

Natiq Məmmədli vurğulayıb ki, təəssüf ki, süni intellektin məlumat bazası həmişə güclü olmur və verdiyi məlumatlar hər zaman etibarlı olmaya bilər:

“Buna görə, onu düzgün istiqamətə yönəltmək, elə bir əməkdaşlıq qurmaq vacibdir. Süni intellekt həm də cəmiyyətlə qəribə bir ünsiyyət forması yaradır. Deepfake-lər, saxta xəbərlər və həqiqi məlumatdan fərqli informasiyalar sosial şəbəkələrdə daha sürətlə yayılır. Bu, jurnalistika üçün böyük təhlükədir və jurnalistlərin məsuliyyətini artırır. Biz düzgün informasiya verərək cəmiyyəti məlumatlandırmalı, medianın savadlılığını yüksəltməliyik.

Biz öz funksiyamızı yerinə yetirməliyik. Ən vacib məsələ müəllif hüquqlarına hörmət etmək və oxucuya hörmətlə yanaşmaqdır. Süni intellektin təqdim etdiyi artıq hazırlanmış fikri birbaşa ictimaiyyətə təqdim etmək doğru deyil. Bu peşəyə etibarı azaldır və inamı zəiflədir. Bu, jurnalistika üçün qırmızı xəttdir.

Cəmiyyətin düzgün və doğru sözə böyük ehtiyacı var. Kənardan ekspertlər dəvət oluna bilər, amma Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq yalnız bizim jurnalistlərin vəzifəsidir. İnsanların verdiyi bilik daha yüksək səviyyədədir. İndi qarşıya qoyulan yeni tələblərdən biri də süni intellektlə peşəkar səviyyədə işləməyi bacarmaqdır. Gələcəkdə süni intellekt göstərəcək ki, təbii intellektin dəyəri əvəzolunmazdır və onun bizim yaradıcılığımızın alternativi olmadığını sübut edəcək”.

Təlimçi, Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar üzrə dosent və Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin bildirib ki, süni intellekt mediada tətbiq olunarkən xəbər istehsalını sürətləndirir və eyni zamanda etik yanaşma və məsuliyyətli informasiya siyasətini önə çıxarır.

“Biz informasiya ilə idarə olunuruq və unutmayaq ki, informasiya həyatımızın böyük və vacib hissəsidir. Davranışlarımızın formalaşmasında, kənar dünya ilə əlaqələrdə inandırıcı olmaq əsasdır. Biz insanları inandırıcı olmağa yönəldirik və etibarlı olmalıyıq. Mən müxtəlif müsahibələr vermişəm və bildiyiniz kimi, dünyanın müxtəlif yerlərində terror hücumları baş verir. Belə terror qrupları insanları cəlb etmək üçün kommunikasiya və inandırmaq bacarığını istifadə edir.

Bu səbəbdən prosesləri başa düşmək üçün ilk növbədə öz beynimizi başa düşməliyik. Düzgün mesajlar göndərməliyik və mesajların beyində necə emal olunduğunu bilməliyik. Beynin bu prosesi çox mürəkkəbdir. Milyardlarla əlaqə mövcuddur və insanlar adətən rasional davranmır. Biz düşünürük ki, insanlar rasional qərarlar verirlər, amma belə deyil. Jurnalist olaraq bizim vəzifəmiz insanların necə hərəkət edəcəyini bilməsə də, düzgün və effektiv mesajlar verməkdir

 İnsanlarla ünsiyyətdə olarkən fərqi başa düşmək vacibdir. Tədqiqatçılar da bildirirlər ki, emosiyalar çox önəmlidir və iş həyatına da təsir edir”-deyə Dr.Nikolas Hamelin əlavə edib.

Dr. Nikolas Hamelin onu da qeyd edib ki, jurnalistin işi insanlar inandırılmaqdır:

“Məqalə yazanda, reportaj hazırlayanda və ya televiziyada məlumat verərkən fərqi yoxdur — əsas odur ki, insanları inandırmağı bacaraq. Məqalədə və ya xəbərdə nə demək istədiyiniz çox önəmlidir, amma onu necə deməyiniz, mesajı necə düzgün təşkil etməyiniz daha da vacibdir.

Jurnalist həm də öz yaradıcı düşüncəsini işlətməyi bacarmalıdır. Bütün insanlar emosiyaları eyni cür hiss etmir, buna görə rasional addımlar atmaq lazımdır. Ünsiyyət qurarkən insanların emosiyalarını nəzərə almaq, cəmiyyətə düzgün və doğru məlumat çatdırmaq, həmçinin hədəf auditoriyanı unutmaq olmaz”.

Gununsesi.info-ya danışan Mətbuat Şurası İdarə heyətinin üzvü Azər Həsrət qeyd edib ki, jurnalistlər üçün bu cür təlimlər və təcrübələr olduqca vacibdir:

“Hər şeydən əvvəl demək istərdim ki, belə təlimlərdə mən özüm şəxsən həvəslə iştirak etməyə hazıram. Baxmayaraq ki, illərin təcrübəsinə sahibəm, əlbəttə ki, yeni texnologiyalarla bağlı da müəyyən biliklərimiz var.

Mən də şəxsən belə təlimlərdən faydalanmaq istərdim. Hər gün yeni bir şey icad edilir, yeni texnologiyalar yaranır və biz onları daim öyrənməliyik. Praktik jurnalistlər hər gün öyrənməli, hər gün yenilənməlidirlər.

Tutaq ki, 3 il əvvəl universitet partası arxasında nəzəri biliklər əldə etmiş və sonra praktik jurnalistikayla məşğul olmuş jurnalist düşünməməlidir ki, “3 il əvvəl bu nəzəriyyəni mənimsəmişdim, indi də tətbiq edirəm””.

O, qeyd edib ki, jurnalistika elə bir sahədir ki, burada hər gün öyrənmək vacibdir.

“Bu baxımdan Medianın İnkişafı Agentliyinin bənzər təşəbbüslərini həmişə alqışlamışam. Süni intelektlə bağlı təşəbbüsü də alqışlayıram və qeyd etdiyim kimi, hətta məni dəvət etsəydilər, təlimdə həvəslə iştirak edib öyrənərdim. 

Ona görə də orada dəvət olunan həmkarlarımız, xüsusilə gənc həmkarlarımız, bu cür təlimlərə biganə yanaşmamalıdırlar. Bunu bir fürsət kimi dəyərləndirməlidirlər. Sizdən pul tələb olunmur, ödənişsiz təlimlərə qatılmaq imkanınız var və bunu qiymətləndirməyi bacarmalısınız.

Ümumiyyətlə, jurnalistikada keyfiyyətin yüksəldilməsində bu cür təlimlərin böyük rolu var. İndiki zamanda, operativlik məsələsində saniyələrlə yarışdığımız və dəqiqliklə başqaları ilə rəqabət apardığımız bir dövrdə, bu təlimləri dəyərləndirməmək olmaz.

Bu fürsəti düzgün şəkildə dəyərləndirməli, öyrəndiklərini yalnız özünüz üçün tətbiq etməklə qalmamalı, həmkarlarınıza da redaksiya daxilində öyrətməli, bilikləri daha geniş yaymalı və populyarlaşdırılmasına xidmət etməlisiniz. Mən şəxsən belə düşünürəm”.

Azər Həsrətin fikrincə, Medianın İnkişafı Agentliyinin bu cür təşəbbüslərini jurnalistlər, xüsusilə yeni təcrübə qazanmağa çalışan gənc jurnalistlər dəstəkləməli və imkanlardan gen-bol istifadə etməlidirlər:

“Bu elə bir fürsətdir ki, onu dəyərləndirməmək ayıb sayılır. Faktiki olaraq, daha yaxşı jurnalist olmaq üçün heç bir qarşılıq tələb etmədən bilik və təcrübə paylaşılırsa, yeni texnologiyalarla tanışlıq və əlavə təcrübə təqdim olunursa, bundan istifadə etməmək günah olar.

Bir daha deyirəm, bu təşəbbüslər alqışlanmalı, inkişaf etdirilməli, irəli aparılmalı və geniş şəkildə istifadə edilməlidir”.

Gununsesi.info-ya danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli mövzu ilə bağlı fikirlərini bölüşüb:

“Medianın İnkişafı Agentliyinin yaradılması ilə Azərbaycan mediası yeni bir mərhələyə qədəm qoyub. Artıq bir neçə ildir ki, Agentlik həm media subyektləri, həm də fərdi jurnalistlər üçün mühüm layihələr həyata keçirir. Bunun davamı olaraq, fərdi jurnalistlər və media qurumlarında çalışan müxbirlər üçün müxtəlif təlimlərin təşkili, xaricdən mütəxəssislərin dəvət olunması, eyni zamanda informasiya texnologiyaları dövründə müasir tətbiqlərin jurnalistlərə aşılanması çox mühüm addımdır.

Medianın İnkişafı Agentliyi dünyada baş verən trendlərlə ayaqlaşaraq Azərbaycan mediasını və jurnalistlərini məhz bu istiqamətdə maarifləndirir, onların bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimlər keçirir. Bu, çox sevindirici haldır.

Təkcə fərdi jurnalistlərlə deyil, eyni zamanda media subyektləri ilə də iş aparılır — onların maddi-texniki bazasının gücləndirilməsi, media orqanlarına maliyyə dəstəyinin göstərilməsi bütövlükdə Agentliyin Azərbaycan mediasının şəffaflaşması istiqamətində gördüyü işlərin bariz göstəricisi kimi qiymətləndirilə bilər”.

Hacıbəy Heydərli fikirlərini belə davam edib:

“İstər dezinformasiyaya, istərsə də “fake news”lara qarşı mübarizədə Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi layihələr və tədbirlər çox mühümdür. Xüsusilə, bu sahədə “Media savadlılığı” layihəsini qeyd edə bilərəm. Bu layihə bütövlükdə Azərbaycan cəmiyyətinin maariflənməsinə, insanların saxta xəbərlərlə real informasiyanı, dezinformasiya ilə həqiqəti ayırd etməsinə güclü şəkildə dəstək oldu.

Bu baxımdan, Medianın İnkişafı Agentliyinin fəaliyyəti təkcə media savadlığı ilə məhdudlaşmır. Eyni zamanda könüllülük proqramlarının həyata keçirilməsi, gənclərin və tələbələrin bu prosesə cəlb olunması bütövlükdə cəmiyyətin maarifləndirilməsi istiqamətində atılan mühüm addımlardır.

Düşünürəm ki, növbəti mərhələlərdə bu kimi layihələrin davamlı olması həm mediamız, həm də cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Bu, medianın saflaşması, peşəkarlaşması və qeyri-peşəkar şəxslərin bu sahədən tədricən uzaqlaşdırılması baxımından da çox vacibdir. Əminəm ki, bu təlimlərdə iştirak edən jurnalistlər öyrəndiklərini gələcəkdə öz praktik fəaliyyətlərində tətbiq edəcək və nəticə etibarilə Azərbaycan oxucusu, Azərbaycan mediasının yeni mərhələyə qədəm qoyduğunun, müasir trendlərə uyğunlaşdığının şahidi olacaq”.

Jurnalist onu da qeyd edib ki, süni intellektlə bağlı həyata keçirilən layihələr və təlimlər də bu prosesin mühüm tərkib hissəsidir.

“Çünki bu gün dünya süni intellekt dövrünü yaşayır və artıq Azərbaycan mediasında da bu texnologiyanın imkanlarından istifadə edilməyə başlanması çox sevindirici haldır. Düşünürəm ki, növbəti mərhələlərdə bu istiqamətdə görülən işlər nəticəsində həm Azərbaycan mediası, həm də bütövlükdə cəmiyyətimiz bundan yalnız qazanclı çıxacaq”-deyə H.Heydərli fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see326

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see202

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see190

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see155

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see141

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see139

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see130

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see127

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see127

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see127

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri