İçərişəhərdə tarixi əhəmiyyətli bina qoruq idarəsinin balansından çıxarıldı QƏRAR
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Nazirlər Kabineti İçərişəhərdə yerləşən qeyri-yaşayış binası ilə bağlı qərar qəbul edib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin və qeyri-yaşayış obyektlərinin siyahısının 67-ci hissəsi ləğv edilib.
Söhbət 3-cü Böyük Qala döngəsi, 5 ünvanında yerləşən, 2160 inventar nömrəli qeyri-yaşayış binasından gedir. 2008-ci ildə təsdiq edilmiş siyahıda bu obyekt yerli əhəmiyyətli kimi təsnif edilib.
Beləliklə, yeni qərarla həmin bina “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan obyektlərin siyahısından çıxarılıb.
Qeyd edək ki, siyahıdan çıxarılma binanın tarixi abidə statusunun ləğvi və ya mülkiyyətçisinin dəyişməsi anlamına gəlmir. Qərarda bu barədə hər hansı müddəa yoxdur.
T.İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Noyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















