Azərbaycan Mərakeşdə keçirilən SIAM 2026 sərgisində təmsil olunur
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan ikinci dəfə “Salon International de l’Agriculture au Maroc” (SIAM) sərgisində təmsil olunur. Afrikanın ən böyük kənd təsərrüfatı tədbirlərindən biri hesab edilən bu sərgi aprelin Mərakeşin Meknes şəhərində təşkil edilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq əhəmiyyətli bu tədbir dövlət qurumlarının nümayəndələrini, özəl sektor iştirakçılarını və dünyanın müxtəlif ölkələrindən ekspertləri bir araya gətirir. Sərgi kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi, innovasiyaların təqdimatı və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platformadır.
Qeyd edilib ki, Azərbaycanın milli pavilyonu Mərakeşdəki səfirliyimiz AZPROMO ilə birgə təşkil edib. Pavilyonda ölkənin aqrar-sənaye sektorunda əldə etdiyi nailiyyətlər, eləcə də zəngin kənd təsərrüfatı ənənələrini əks etdirən məhsullar nümayiş olunur.
SIAM 2026 sərgisində iştirak Azərbaycanla Mərakeş arasında iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, yeni işgüzar tərəfdaşlıqların qurulması və təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 21 Aprel 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















