Icma.az
close
up
RU
Azərbaycan şirkətləri Moskvada “Prodexpo 2026” sərgisində təmsil olunur

Azərbaycan şirkətləri Moskvada “Prodexpo 2026” sərgisində təmsil olunur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Moskva, 11 fevral, AZƏRTAC

“Prodexpo-2026” beynəlxalq ərzaq məhsulları sərgisi çərçivəsində Azərbaycan və Rusiya istehsalçıları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin nümayəndələri iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra görüşlər keçiriblər. “Qrand-Treyd” ASC-nin GR-direktoru Dmitri Proxorenko ilə də görüş reallaşıb. Onun rəhbərlik etdiyi şirkət müxtəlif ölkələrdən Rusiyaya ərzaq və qeyri-ərzaq məhsullarının aparıcı təchizatçılarından biridir. Tərəflər “Qrand-Treyd” ASC ilə ərzaq və içkilərin istehsalı və satışı üzrə ixtisaslaşmış Azərbaycan şirkətləri arasında uğurlu qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə ediblər.

“Biz Azərbaycanla fəal işləyirik, orada çoxlu əlaqələrimiz var”, – deyə şirkətin nümayəndələri bildiriblər.

Söhbət zamanı vurğulanıb ki, ötən ilin yekunlarına görə, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı mövqeyini qoruyub saxlayıb. Belə ki, tədarük həcmi 1,174 milyard ABŞ dolları təşkil edib. Bu kontekstdə D.Proxorenko qeyd edib ki, ötən il “Qrand-Treyd” ASC Rusiya bazarında sonrakı distribusiya üçün Azərbaycandan 92 milyon ABŞ dolları məbləğində kənd təsərrüfatı məhsulları idxal edib.

Həmsöhbətlər, həmçinin ikitərəfli ticarət əlaqələrinin və Azərbaycan ərzaq məhsullarının geniş çeşidinin tədarükünün təkcə Rusiyaya deyil, həm də “Qrand-Treyd” ASC-nin ticarət fəaliyyəti apardığı Çin, Vyetnam və BƏƏ daxil olmaqla digər iri ölkələrə artırılması potensialını nəzərdən keçiriblər. Tərəflər Azərbaycanla Rusiya arasında iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi imkanlarının öyrənilməsi məqsədilə şirkət nümayəndələrinin Azərbaycana səfərinin təşkil edilməsi barədə razılığa gəliblər.

Daha sonra səfirliyin nümayəndələri “Prodexpo-2026” sərgisində təmsil olunan Azərbaycan şirkətlərinin stendləri ilə tanış olublar. Onların sırasında “Azersun Holding”, “Shirvan Wines”, “Absheron Olive Garden”, “Olivea”, “Avrora”, “ENNA” və “Mors Trading” yer alıb.

“Prodexpo” Rusiyada hər il yeni ticarət nişanlarının, brendlərin və innovativ məhsulların təqdim olunduğu ən böyük ərzaq sərgisidir. Bu il sərgidə dünyanın 37 ölkəsindən təxminən 2 min iştirakçı öz məhsullarını nümayiş etdirir.

Sərgi fevralın 12-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri