Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya respublikalarının Avropaya çıxışını təmin edir MƏQALƏ

Azərbaycan Mərkəzi Asiya respublikalarının Avropaya çıxışını təmin edir MƏQALƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Son illər ərzində yalnız regionda deyil, eləcə də, Avrasiya məkanında, beynəlxalq aləmdə yeni münasibətlər sistemi yaradacaq proseslər baş verir. Bu prosesin bir hissəsi regional dövlətlərin birləşməsi və iqtisadi inteqrasiyaya doğru birgə addımlar atmasıdır. Məsələyə bu prizmadan yanaşdıqda avqustun 22-də Türkmənistanın “Avaz” turizm zonasında Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin görüşü Mərkəzi Asiya və Xəzər regionu dövlətlərinin yeni əməkdaşlıq platformasında birləşdiyini görərik.

AZƏRTAC “Ritm Avrasiya” analitik portalında dərc olunan materiala istinadla xəbər verir ki, hər 3 dövlət həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrini artırıblar.

Geosiyasi dəyişikliklərdən istifadə edən bu Mərkəzi Asiya respublikaları Azərbaycan vasitəsi ilə Cənubi Qafqazla əməkdaşlıq əlaqələrinin yeni mərhələsinə qədəm qoyublar ki, bu da regionun digər dövlətlərinin də iqtisadi inkişafına stimul verir.

Davam edən iqtisadi əməkdaşlıq son illər müsbət nəticələrini göstərir. Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Özbəkistan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 17 faiz artaraq 1,09 milyard dollara çatıb. 2024-cü ildə bu rəqəm 1,15 milyarda çatıb. Hər iki dövlət bu il ticarət dövriyyəsinin həcmini 2 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar.

Ardıcıl olaraq 3-cü ildir ki, Özbəkistan ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi artmaqda davam edir. 2022-ci ilə nisbətən 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 26,5 faiz artaraq 231,6 milyon dollara çatıb. 2024-cü ildə bu rəqəm 253 milyona çatıb. Cari ilin yanvar iyul ayları ərzində isə, Özbəkistan ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 269 milyon dollara çatıb. Hər iki dövlət 2030-cu ilə kimi ticarət dövriyyəsinin həcmini 2 milyard dollara çatdırmağı planlaşdırıblar.

Azərbaycan ilə Türkmənistan arasında konteyner daşımaları 3 dəfə artıb. Şərq-Qərb və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Mərkəzi Asiyanın bu 3 ölkəsini Azərbaycan ilə yanaşı Türkiyə və Avropaya da çıxışını təmin edir ki, bu da onların iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır.

“Avazda” keçirilən Sammit çərçivəsində imzalanan sənədlər hər 3 dövlətin gələcək inkişaf perspektivləri üçün böyük vədlər verir. Türkmənistan Xalq Məclisi sədri Qurbanqulu Berdiməhəmmədovun 2026-235-ci illər üçün hər 3 dövlət arasında qarşılıqlı investisiya və sənayeləşmə proqramının hazırlanması təklifi bu birliyin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin güclü olacağından xəbər verir. Təklif ölkə liderləri tərəfində qəbul edildi və müvafiq dövlət qurumlarına işçi qrupunun yaradılması və proqramın hazırlanması barədə tapşırıq verildi. Bu əməkdaşlıq hər 3 ölkənin eləcə də qonşu dövlətlərin iqtisadi inkişafın yeni mərhələsinə keçməsi üçün münbit şərait yaradıb.

Materialda vurğulanıb ki, Azərbaycan, Türkmənistan və Özbəkistanın yaxınlaşması regionda yeni güc mərkəzinin meydana sıxmasını göstərir. Azərbaycan bu gün özünün infrastruktur layihələri ilə Asiya ilə Avropa arasında nəqliyyat qovşağına çevrilib. Bu əməkdaşlıq Mərkəzi Asiya respublikalarını Azərbaycan, Gürcüstan, Türkiyə, Şərqi Avropa ölkələri ilə əlaqələndirir. Burada məsələ yalnız iqtisadi inkişaf deyil, eyni zamanda siyasi zəmanət qazanmaq və yeni dünya düzəninin farmalaşmasında iştirak edib layiqli mövqe tutmaqdan ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri