Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Bankı ESG stress testi üzərində işləyir

Azərbaycan Mərkəzi Bankı ESG stress testi üzərində işləyir

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə) stress testi üzərində işləyir və növbəti illərdə o, məcburi hala gətiriləcək.

"Cebheinfo.az" xəbər verir ki bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə COP29 çərçivəsində təşkil olunmuş "Daha ağıllı uyğunlaşma və yumşaldıcı həllər üçün iqlim riskinin ölçülməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, tədricən ESG riskləri "yaşıl kredit"lər, "yaşıl istiqraz"lar və milli taksonomiya ilə əlaqələndiriləcək: "Həmçinin ESG riskinin idarə edilməsini stress testi çərçivəmizə daxil etməyə çalışırıq. Eləcə də, Beynəlxalq Valyuta Fondu ilə keçid riskləri ilə bağlı bir layihəmiz var. Bu layihə ilə keçid dövrünün təsirlərini müəyyən etmək istəyirik"

AMB rəsmisi qeyd edib ki, yerli maliyyə sistemi üçün ESG prinsiplərinin hazırlanmasına bu ildən başlanılıb: "Bununla bağlı bankların rəhbərliyi üçün bir neçə təlimat hazırladıq. Biz prosesə təlimatlarla başlayırıq. Çünki, tənzimləmə dəyişikliyi və ya siyasətin qurulması bir növ iki kənarı kəskin bıçaqdır. Əgər onu daha sərt tətbiq etsəniz, o, kağız üzərində qalacaq və həyata keçirilməyəcək".

"Azərbaycanda keçidin təsirlərini müəyyənləşdirmək və maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçün AMB yol xəritəsi hazırlayıb. İlk növbədə maliyyə sektorunun sorğulanması ilə başladıq. Sorğu ilə Azərbaycanda sektorun məlumatlılığını öyrənməyə çalışdıq. Düzünü desəm, nəticələr o qədər də yaxşı deyildi.

Bundan başqa, təkcə maliyyə sektorunda deyil, mərkəzi bankda potensialın gücləndirilməsinə çalışırıq. Üç gün əvvəl isə Dünya Bankının texniki köməyi ilə hazırlanmış yerli taksonomiyamızı işə saldıq", - deyə Ş.Mahmudzadə əlavə edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri