Azərbaycan Mərkəzi Bankı valyuta bazarının iki iştirakçısını cərimələyib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçıları olan "Bakı Mərkəzi Valyuta" və "Eliko" MMC-ləri cərimələyib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, "Bakı Mərkəzi Valyuta"nın vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat, "Eliko"nun vəzifəli şəxsi isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 500 manat cərimə olunub.
AMB "Eliko"nun həm də valyuta tənzimi haqqında qanunvericiliyin tələblərini pozması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 cərimə edib.
Baxış sayı:78
Bu xəbər 13 Fevral 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















