Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir BAŞ REDAKTOR ŞƏRH ETDİ

Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir BAŞ REDAKTOR ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir. Bildiyimiz kimi, mətbuatın yaranma tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. O dövrdə həm maarifçilik funksiyasının yerinə yetirilməsi, həm də mülki şüurun formalaşdırılması, xalqın milli dəyərlər ətrafında birləşməsi üçün ciddi səylər göstərilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Editor.az İnformasiya Portalının təsisçisi və baş redaktoru Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, belə bir qəzetin fəaliyyət göstərməsi, dövrün çətin və mürəkkəb şəraitində, əslində inqilabi bir hadisə hesab olunurdu. Bu günkü müstəqil və güclü Azərbaycan mətbuatının təməli məhz o dövrdə qoyulub: "Ondan sonra keçən müddət ərzində Azərbaycan mətbuatı uzun illər ərzində obyektiv səbəblərə görə təzyiq və təsirlərə məruz qalmışdır. Həm Çar Rusiyası dövründə, həm də SSRİ dönəmində mətbuatımıza senzura tətbiq olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra isə Azərbaycan mətbuatı yeni bir mərhələyə qədəm qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan mətbuatı özünün intibah dövrünü yaşamağa başlamışdır. Müstəqil media üzərindən senzuranın götürülməsi, ağır iqtisadi vəziyyətdə olan qəzetlərin borclardan azad olunması və digər mühüm məsələlər Heydər Əliyevin azad və müstəqil media mühitinin formalaşmasına verdiyi böyük töhfələr idi.

Şübhəsiz ki, müstəqil dövlət quruculuğunun başlanmasından sonra, xüsusilə də qeyd etdiyim kimi, Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə mətbuatın cəmiyyətin nüfuzlu bir institutu kimi mövcudluğunu qoruyub saxlaması və inkişafı üçün mühüm işlər görülmüşdür. Bu gün Azərbaycan mətbuatı keyfiyyət baxımından tamamilə yeni və ciddi bir mərhələdədir. Mətbuatımız bu gün təkcə region mediası daxilində deyil, dünyanın nüfuzlu informasiya qurumları ilə yanaşı fəaliyyət göstərə biləcək səviyyəyə çatmışdır.

Azərbaycan mətbuatının real gücünü biz 44 günlük Vətən müharibəsi dövründə açıq şəkildə gördük. Tam məsuliyyətlə demək olar ki, Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri qələmlərini bir növ süngüyə çevirərək, yalnız xəbər hazırlamaqla kifayətlənmədilər. Eyni zamanda, Ermənistandan və onun havadarlarından qaynaqlanan xarici informasiya vasitələrinin həyata keçirdiyi informasiya terroruna və təxribatına qarşı mübarizə apardılar.

Hər kəsə məlumdur ki, Vətən müharibəsi dövründə döyüş yalnız ön cəbhədə deyil, həm də informasiya məkanında — arxa cəbhədə aparılırdı. Bu da müharibənin qələbə ilə başa çatmasında həlledici rol oynadı. Bu baxımdan demək olar ki, Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxmışdır.

Bu gün də Azərbaycanda mətbuatın inkişafı üçün dövlət tərəfindən, başda Medianın İnkişafı Agentliyi olmaqla, müxtəlif layihələr həyata keçirilir. Mətbuatın iqtisadi müstəqilliyinin təmin olunması, peşəkar jurnalistlərin sayının artırılması, obyektiv və jurnalistika standartlarına cavab verən xəbərlərin hazırlanması, jurnalistlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və onların xarici təcrübə ilə tanış olunması istiqamətində dövlət öz siyasətini davam etdirir.

Mən düşünürəm ki, mətbuatımız bu 150 illik tarixində çox böyük uğurlar əldə etmişdir və arzu edirəm ki, mətbuatımız hər zaman bu uğurlarını davam etdirsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see497

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see218

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see200

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri