Icma.az
close
up
RU
Azərbaycan mətbuatı dini təhlükəsizlik kontekstində TƏHLİL

Azərbaycan mətbuatı dini təhlükəsizlik kontekstində TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Hər gün həyatımıza dünənə nisbətən bir az da çox daxil olan media cəmiyyətlərin formalaşmasında, mədəniyyətlərin inkişafında mühüm rol oynayır. Həm mədəni əlaqələr, həm dini münasibətlər, həm də sadəcə, informasiya prizmasından baxdıqda medianın, əslində, həyatımızda hegemon ünsür kimi xarakterizə edilməsi doğrudur. Onsuz günə başlamırıq, informasiya ehtiyacımızı onunla ödəyirik, kimimiz ondan pul qazanırıq, kimimiz pul qazanmaq üçün ona yatırım qoyuruq. Yekunda bir gün hamımızın yolu ya ehtiyacdan, ya məcburiyyətdən, ya da həvəsdən media ilə kəsişir. Dindarın da, alimin də, həkimin də, ev xanımının da, şagirdin də. Medianın bizi yönləndirməsi prosesi də bu ehtiyacdan yaranır.

Din təhlükəsizliyi “Əkinçi”nin gözü ilə

Kütləvi informasiya vasitələri, 19-cu əsrdən bəri inkişafına durmadan sərmayə qoyulan, mədəniyyət aşılayan, daşıyan və yayan vasitə olub. Bu səbəbdəndir ki, ona həmişə cəmiyyətin güzgüsü kimi baxılıb.

Medianın gündəminə çevrilən hər bir mövzu həm də cəmiyyətin diktəsi ilə populyarlaşır. Bunlardan biri də dindir.

Əslində, din mətbuatın inkişafından bəri medianın gündəmində olub. Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə həyatımıza girəndə qəzetin demək olar ki, hər nömrəsində islam dininin tarixi, dini savadlılıq və saxta din təhlükəsi ilə bağlı Səid Ünsizadənin məqalələri nəşr olunurdu. Daha sonralar Ünsizadə qardaşlarının yaratdıqları “Ziya”, “Kəşkül” kimi nəşrlər İslam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı, xalqın dini və elmi baxımdan doğru maariflənməsinə xidmət edirdi.

Dövrün cahilliyi fonunda din mədəniyyəti, din elmi barədə məqalələri qəbul etdirmək, oxutmaq da asan deyildi. KİV-də din, din təhlükəsizliyi, dini anlayışların doğru çatdırılması prosesinin təməli də beləcə qoyulur. İnsanlar, gerçək dinin mollaların təbliğ etdiyi xurafat və qorxudan ibarət olmadığını görür, dini aclıqlarını din haqqında həqiqi biliklərlə doyururdular.

Sosial mediada dini təbliğat

İnternetin təsiri ilə medianın yayım imkanlarının artması bir çox sahədə geniş auditoriya qazanmasına şərait yaratdı. Dinin texnologiyadan faydalanma fürsəti də beləcə ortaya çıxdı. Bu prosesdə mediada din, media orqanının profilinə də uyğunlaşdırılır. Mediada dinin populyarlaşmasında internetin, sosial şəbəkələrin də rolu əhəmiyyətli dərəcədə böyükdür.

Xüsusilə, sosial şəbəkələrdə bir çox mövzu istifadəçilər tərəfindən yaradılır, müzakirə edilir, yayılır. Ənənəvi mediada olduğu kimi, sosial şəbəkələrdə də din media məzmununa çevrilir, medianın xüsusiyyətlərinə uyğunlaşır, regenarasiyaya məruz qalır. Bəzən konteksindən çıxarılır, bəzən konteksinə geri qaytarılır. Bu müzakirə edənlərin sosial kimliyindən, təhsil səviyyəsindən, dini baxışından və biliyindən asılı olur. Təcrübə göstərir ki, din sosial şəbəkə istifadəçilərinin müzakirəsində, adətən, real kontekstindən çıxarılaraq cılızlaşdırılmış müzakirəyə çevrilir.

Doğrudur, gündəlik həyatın güzgüsünə çevrilən mediada istənilən mövzu müzakirə edilir, bu baxımdan, dini mövzular da istisna deyil. Narahatlıq doğuran isə odur ki, din adı altında zərərli ideologiyaları təbliğ edən, dini yazılar altında dini savadsızlıq yayan insanlar da çoxalıb. Belə yazılar, dini çıxışlar ciddi mediada özünə yer tapa bilmədiyindən sosial şəbəkələrdə yayılır. Əslində, bu vəziyyət bəzi kütləvi informasiya vasitələrində var idi, lakin kütləviliyi indiki kimi deyildi. Sosial şəbəkələr bu qrupların ayaq açıb yeriməsi üçün münbit yer oldu.

Belə məlumatların yayılması, kim olduğu bilinməyən din xadimlərinin çıxışları dini məlumatların doğru şəkildə ötürülməsinin dəyişməsinə səbəb olur. Yəni, hər başdan bir səs çıxır deyə, insanlar kimə inanacağını da bilmir, beləcə dində şaxələnmə yaranır. Digər tərəfdən, medianın da manipulyasiya xüsusiyyəti var. Xüsusilə, medianın qeyri-rəsmi bir qolu kimi qəbul edilən sosial şəbəkələrdə nəzarətsiz məlumatların, həmçinin terror təşkilatları və ya radikal dini qruplar tərəfindən informasiya buraxılması və milyonların istifadəsinə ötürülməsi mənfi təsirlərə səbəb ola biləcək vəziyyətlərdir.

Sosial şəbəkələrdə radikal qrupların insan ovu

İndi kütləvi informasiya vasitələrinin gücü danılmaz və ölçülməz həddə çatıb, media hətta ötürmək, transformasiya etmək funksiyalarından kənara çıxıb, öz norma və dəyərlərini yaradır. Qloballaşan dünyada kommunikasiyanın inkişafı bu vasitələrin həyatımıza daxil olmasını sürətləndirdi və həyatımızın mərkəzinə çevrildi. İndi bir çox insanlar vaxtlarının böyük bir hissəsini ona həsr edirlər. Kütləvi kommunikasiyanın, sosial şəbəkələrin həyatımızda bu dərəcədə əhəmiyyətli yeri, onunla bərabər bir çox problemlər də gətirdi.

Çox yox, cəmi 20-30 il əvvəl hər auditoriyanın öz proqramı, mətbu orqanı vardı. Efir və nəşrlər yaş kateqoriyasına hesablanırdı. Müəyyən edilmiş vaxtda həmin kateqoriya efir qarşısında olurdu. Dövrümüzdə internet və texnoloji inkişaf medianın bu hədəfləməsini aradan qaldırdı. Azad internetə çıxışı olan, istənilən yaş qrupundan olan insan sərbəst informasiya əldə edə bilir. Təhlükə də burada yaranır. Fanatizmin əsiri olan qruplaşmalar sosial şəbəkələrdə qurban ovuna çıxır. İndi həyatı sosial mediadan ibarət kimi görən bir nəsil yetişib və onlar potensial qurbandır. İnsanları ideoloji cəhətdən istənilən yönə apara bilmə qüvvəsi olan media da “4-cü hakimiyyət” kimi xarakterizə edilir. Bu baxımdan nəzarətsiz internet sui-istifadə üçün münbit şərait yaradır.

Bəzi radikal dini cərəyanlar sosial şəbəkələrdə, internetdə zərərli təbliğat aparmağa, ictimai qarşıdurmalar, təxribatlar yaratmağa çalışırlar. Təcrübə göstərir ki, Suriya və İraqda olduğu kimi, Azərbaycana qarşı da eyni hərəkətləri etməyə cəhdlər olub. Lakin media məlumatlılığı yüksək olan yerli internet məkanında bu təşəbbüs maneə ilə qarşılaşıb. Şahidi oluruq ki, ölkəmizdə bəzi dini dairələr Aşura mərasimlərini başqa ölkələrin və xalqların adət-ənənələri ilə keçirməyə çalışıblar, qan tökmək, özünə zərər vermək kimi qəbuledilməz davranışlar nümayiş etdiriblər.

Lakin media məlumatlılığı və doğru maarifləndirmə sayəsində neqativ halların qarşısı alınıb, din pərdəsi altında Azərbaycan xalqının milli-dini mənsubiyyətinə qarşı çıxmağa imkan və şərait yaradılmayıb. Alqışlanası haldır ki, insanlar indi aşura mərasimlərində özünə zərər vermək yerinə qan bankına öz qanlarını bağışlayıb xəstə insanlara ümid olurlar.

Dini maarifləndirmədə medianın rolu

Mediada qarşılaşdığımız daha bir təhlükə isə dini siyasiləşdirmək cəhdləridir. Azərbaycan mətbuatı, ziyalıları “Əkinçi” dövründən üzü bəri hər zaman dinin siyasiləşdirilməsinin əleyhinə olub, din pərdəsi altında dünyəviliyin əleyhinə təbliğat aparmağa mane olublar. Din xadimi adı altında sosial şəbəkələrdə, özlərinin təsis etdiyi media orqanlarında İslam adından danışan, haradan maliyyələşdiyi bəlli olmayan bir qisim insan müəyyən auditoriya yaradıb çirkin əməllərini həyata keçirir. Azərbaycanda islami hərəkatlar arasında siyasi, dini nifaq salmağa çalışan bu qüvvələrə qarşı ən böyük mübarizəni də ciddi media orqanları aparır.

Dinlə media münasibətləri həmişə aktual məsələ olub, bu gün də aktualdır. Mətbuat dini maarifləndirmə, dini radikalizmlə mübarizədə, həmçinin milli dəyərlərin təbliğində mühüm rol oynayır. Məhz buna görə, həm bu sahədəki dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları (Dini İşlər üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Qafqaz Müsəlmanları İdarəsi və digər idarə və təşkilatlar) dini maariflənmədə medaidan çox müsbət formada istifadə edirlər.

Bu gün radikal islam ölkəsində olduğu kimi, Azərbaycanda da din pərdəsi altında qadınların ictimai işlərdə təmsilinə, söz haqqına sahib olmalarına qarşı çıxanlar var. Bəzi dini qruplar məqsədyönlü şəkildə dünyəvi təhsilə qarşı çıxırlar, bəzi radikal dini cərəyanlar sosial şəbəkələrdə və internetdə bu yöndə təbliğat təşkil etməyə çalışırlar. Azərbaycan mediasının dini məsələlərə sağlam yanaşması bu qrupları sosial şəbəkələrə və xaricdən maliyyələşən, idarə olunan saytlara üz tutmağa vadar edir. Sosial şəbəkələr dini təhlükəsizliyi qoruya bilmir, çünki idarəetməsi mərkəziləşdirilmiş qaydadadır və yerli nəzarət mexanizmi yoxdur. Buna görə də mediaya çıxış imkanı olmayan istənilən şəxs canlı yayım açıb dini şərhlər verə, özünə auditoriya yarada bilir.

Media, dil, din, əxlaqi və mental dəyərlərə, habelə multikultural düşüncəyə söykənən dövlətçilik sisteminin görən gözü, vuran ürəyidir. Dövlətin etibar etdiyi, obyektivliyinə güvəndiyi media da bu güvəni doğrultmalı, din-dövlət balansını qorumalı, multikultural cəmiyyətin tələblərini və hüquqlarını müdafiə etməli, təhlükəsiz informasiya təminatını həyata keçirməlidir. Milli maraqlara söykənən, dövlətçilik dəyərlərinə sahib olan, sağlam cəmiyyət formalaşdırma çalışan media belə də olmalıdır.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri