Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Azərbaycan mümkün təhlükəsizlik tədbirlərini gücləndirməlidir TƏHLİL

Azərbaycan mümkün təhlükəsizlik tədbirlərini gücləndirməlidir TƏHLİL

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi Kremli istənilən təxribatlara əl atmağa sövq edir


Azərbaycanın ABŞ ilə memorandumu Rusiyanın təxribatlarına qarşı müdafiə zəmanətidir


Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub. Son günlər Rusiyanın hərbi əməliyyatları, xüsusən də Ukraynaya qarşı enerji infrastrukturu hədəflərinə yönəlmiş zərbələri regionun strateji nəqliyyat və enerji xətlərinə birbaşa təhlükə yaratmaq potensialına sahibdir. 

Bu kontekstdə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin gələcək təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsassız deyil. 2008-ci ildə Gürcüstan müharibəsi zamanı Rusiya ordusunun fəaliyyəti nəticəsində BTC-nin “təsadüfi hədəfə” çevrilməsi ehtimalı ciddi müzakirələr doğurmuşdu. O vaxt Rusiya ilə Azərbaycan münasibətləri nisbətən isti idi və Moskva Bakını strateji tərəfdaş kimi qəbul edirdi. Lakin bu gün vəziyyət tam fərqlidir, artıq dörd aydır ki, iki paytaxt arasında yüksək səviyyəli heç bir rəsmi təmas olmayıb. Bu, Moskvanın Bakı ilə münasibətlərindəki soyuqluğun artdığını göstərir. Son hadisələr bunu daha aydın göstərir. Avqustun 5-də Rusiya Ukraynanın Odessa vilayətində yerləşən “Orlovka” qaz-kompressor stansiyasını vurub. Həmin stansiya Avropadan Azərbaycana məxsus qazın Ukraynaya “reverse” marşrutu ilə çatdırılması üçün mühüm əhəmiyyət daşıyırdı. Rusiya bu addımı ilə təkcə Ukraynanı deyil, eyni zamanda Azərbaycan-Ukrayna enerji əməkdaşlığını da hədəfə almış oldu. Bu, Moskvanın regionda enerji körpülərini qırmağa, qonşularının iqtisadi manevr imkanlarını məhdudlaşdırmağa yönəlmiş strategiyasının bariz nümunəsidir. Bakı isə uzun illərdir ki, qonşularla, o cümlədən Rusiya ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər saxlamağa çalışır. Lakin Moskvanın post-sovet məkanındakı tərəfdaşlarını bərabərhüquqlu aktorlar kimi deyil, öz geosiyasi planlarının aləti kimi görməsi qarşılıqlı etimadı aşındırır. 

Qeyd edək ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı zamanı da gündəmə gətirilib. Danışıq zamanı Rusiya silahlı qüvvələrinin Ukraynada Azərbaycan qazının nəql olunduğu qaz infrastrukturu və Odessadakı SOCAR neft bazasına zərbələr endirməsi məsələsi müzakirə edilib. Ölkə liderləri Rusiya silahlı qüvvələrinin bu hərəkətlərinə qarşı narazılıqlarını bildiriblər. Belə ki, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq. Bununla yanaşı, Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Sərəncam imzalayıb. Sərəncamda bildirib ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. 

  

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a  bildirib ki, Rusiyanın Azərbaycana qarşı təzyiqləri kəşfiyyat və hərbi müstəvidədir. Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynadan Azərbaycanın mülkiyyətində olan SOCAR-a məxsus neft çənlərini vurması, bundan əvvəl, Azərbaycan qazını qəbul edən Qaz kompressor stansiyasına hücumu, həmçinin Azərbaycan səfirliyinin yaxınlığına raket atışı birbaşa Azərbaycana qarşı planlı həyata keçirilən hərbi təzyiqlərdir: 

"Hətta Azərbaycanın Rumıniyaya ixrac etdiyi xam neftin Rusiya kəşfiyyatı tərəfindən çirkləndiyi qeyd edilir. Göründüyü kimi Rusiya Azərbaycana qarşı bütün istiqamətlərdə hücum edir. Azərbaycanın Ermənistanla sülh əldə etməsi, ikitərəfli əlaqələrin normallaşması istiqamətində atdığı addımlar, həmçinin müstəqil siyasəti Kremli narahat etməkdədir. Rusiya Azərbaycanla əlaqələri geri dönüşü olmayan bir böhrana sürükləyir. Hesab edirlər ki, bu təzyiqlərlə Azərbaycanın mülkiyyətində olan infrastruktur obyektlərə zərbələr endirməklə, Bakını öz iradəsinə tabe etdirəcəklər. Rusiyanın Azərbaycanın Xəzər dənizində neft-qaz infrastrukturlarına qarşı təxribatlar həyata keçirməsi istisna deyil. Müxtəlif vaxtlarda Rusiyadan Azərbaycanın Xəzər dənizində neft və qaz infrastrukturunun vurulması ilə bağlı açıqlamalar eşitmişik. Azərbaycanın ABŞ ilə ikitərəfli memorandum imzalaması, burada terrorizmə qarşı birgə mübarizə məhz Azərbaycana mümkün təxribatların qarşısını almaq üçün Vaşinqtonun yardımını nəzərdə tutur".


Analitik əlavə edib ki, Azərbaycan Rusiyanın hədəfindədir:

 "Ukraynada Azərbaycan mülkiyyətinə qarşı Rusiyanın hücumları intensivləşərsə, Azərbaycan Ukraynaya silah embarqosunu qaldıra bilər. Amma proseslər Rusiyanın davranışlarından asılı olaraq dəyişəcək. Regionda dəyişən geosiyasi proseslər, Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi Kremli istənilən təxribatlara əl atmağa sövq edir. Ona görə də Azərbaycan mümkün təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Xüsusilə, Xəzər dənizində neft-qaz yataqlarının və infrastrukturun təhlükəsizliyi yüksək səviyyədə təmin olunmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see568

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see415

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see412

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see386

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see368

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see364

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see325

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see271

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see261

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see250

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see244

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see238

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see231

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see229

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see212

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see209

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see208

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see208

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see208

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri