Azərbaycan mətbuatında İLK: Rəqəmsal əkiz müsahibə verib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova akademik Əli Abbasova dövlət başçısının ölkəmizdə süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizliyin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələr, 2030-cu il üzrə strateji hədəflər və proqnozlar, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, texnoloji müstəqilliyin təmin edilməsi və ölkənin yeni rəqəmsal inkişaf mərhələsində qarşıda duran vəzifələrə dair suallar ünvanlayıb. Müsahibə suallarını akademik Əli Abbasovun rəqəmsal əkizi cavablandırıb.
Süni intellekt texnologiyaları əsasında yaradılmış bu rəqəmsal model alimin mətbuatda olan əvvəlki çıxışları, elmi əsərləri və baxışları əsasında formalaşdırılıb, alimin fikir və düşüncələrini, müxtəlif məsələlərə yanaşmalarını analitik şəkildə təqdim edib. Bu yanaşma ölkədə süni intellekt tətbiqlərinin real praktik mühitdə nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.
Rəqəmsal əkiz müsahibə zamanı ünvanlanan sualları ətraflı formada cavablandırıb, dövlətin rəqəmsal inkişaf prioritetləri, yeni rəqəmsal arxitektura, süni intellekt strategiyası və kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan məqsədlərlə bağlı akademik Əli Abbasovun mövqeyini aydın və sistemli şəkildə, statistik göstəricilər əsasında təqdim edib.
Rəqəmsal əkizinin verdiyi cavablara münasibət bildirən akademik Əli Abbasov qeyd edib ki, əsas məsələ insanın rəqəmsal əkizinin real şəxsin bilik və mövqeyini nə dərəcədə dəqiq əks etdirməsi, eləcə də bu kimi sistemlərin fəaliyyətində etik və hüquqi prinsiplərin hansı səviyyədə qorunmasıdır.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:238
Bu xəbər 03 Mart 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















