Icma.az
close
up
RU
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK ın elan etdiyi layihə müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK ın elan etdiyi layihə müsabiqəsinin nəticələri açıqlanıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) islahatlar və yeniləşdirmə mərhələsində və 2024-cü ilin fevral ayında Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə imzalanmış əməkdaşlıq protokolu çərçivəsində ilk müştərək layihə müsabiqəsi 2024-cü il avqustun 6-da elan edilib. Müsabiqə AMEA-nın elmi müəssisələrinin Türkiyənin universitetləri və tədqiqat institutlarından olan həmkarları ilə birlikdə urbanizasiya, şəhər və regional planlaşdırma (dayanıqlı şəhərlər), mədəniyyətlərarası qarşılıqlı əlaqə, dil birliyi, seysmologiya, rəqəmsal transformasiya, dairəvi iqtisadiyyat və inkişaf məsələlərini əhatə edən istiqamətlər üzrə birgə elmi layihələrin hazırlanması üçün geniş imkanlar yaradıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə AMEA-nın elmi müəssisələrinin, regional bölmə və mərkəzlərinin, Mərkəzi Elmi Kitabxanasının və Rəyasət Heyəti Aparatının alimləri tərəfindən Türkiyənin 10-dan çox elm və təhsil qurumunun mütəxəssisləri ilə birlikdə 20 müştərək layihə təqdim edilib. AMEA və TÜBİTAK tərəfindən həyata keçirilən texniki ekspertizadan uğurla keçmiş 15 layihə elmi ekspertizaya göndərilib. Hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 müstəqil rəyçi, ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib.

Ekspertizanın nəticələrinə əsasən 4 layihə hər iki tərəfdən dəstəklənmək üçün seçilib. Bu layihələr AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Ankara Universiteti, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qara Dəniz Texniki Universiteti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Ondoqquz May Universiteti, AMEA Memarlıq və İncəsənət İnstitutu ilə Çanaqqala Onsekkiz Mart Universitetinin alimləri tərəfindən hazırlanmış tədqiqat işləridir. Layihələrin ümumilikdə 2 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri