Icma.az
close
up
RU
Azərbaycan Milli İncəsənət Muzeyində “25 il sənət yolu” adlı sərginin açılış mərasimi keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində “25 il sənət yolu” adlı sərginin açılış mərasimi keçirilib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş “25 il sənət yolu” adlı sərginin açılış mərasimi keçirilib.

Bizimyol.info Azərbaycan Milli İncəsənət Muzeyinə istinadən xəbər verir ki, çoxsaylı elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, görkəmli dövlət və ictimai xadim Həsən Həsənov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Akademiyanın 25 illik fəaliyyət yoluna nəzər salıblar.

Çıxışlarda qeyd olunub ki, 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və imzaladığı Sərəncamla əsası qoyulan Azərbaycan Rəssamlıq Akademiyası ölkədə təsviri sənət sahəsində ali təhsilin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu gün akademiya milli incəsənət ənənələrini yaşadan, təsviri və dekorativ sənətin bütün istiqamətləri üzrə peşəkar kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi mühüm rola malikdir.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Bu gönderiyi Instagram'da gör

Milli İncəsənət Muzeyi (@nationalartmuseum.az)'in paylaştığı bir gönderi

Akademiyanın professor-müəllim heyətinin yaradıcılığını əks etdirən ekspozisiya rəngkarlıq, heykəltəraşlıq, qrafika və dekorativ tətbiqi sənət nümunələrini əhatə edir. Burada Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələri – N.Əliyev, F.Salayev, S. Məmmədov, S.Mirzəzadə, E.Mikayılzadə, C.Hüseynov, M.Hüseynov, N.Əhmədova və digər müəlliflərin əsərləri ilə yanaşı, akademiyanın yaradıcı mühitində formalaşan B.Yusifov, R.Məmmədov, R.Qarayev, N.Məmmədov, C.Ağayev və başqa istedadlı gənc rəssamların bədii axtarışlarını əks etdirən  işlər də nümayiş olunur.

Ekspozisiyada, həmçinin 1920-ci ildə formalaşmış milli rəssamlıq məktəbinin B.Mirzəzadə, D.Kazımov, O.Sadıqzadə kimi görkəmli yetirmələrinin əsərləri yer alıb. Qeyd edək ki, məhz həmin məktəb sonrakı dövrlərdə Azərbaycan Rəssamlıq Akademiyasının formalaşması üçün möhkəm yaradıcılıq və pedaqoji baza rolunu oynayıb.

10 yanvar 2026-cı il tarixinədək davam edəcək sərgi Rəssamlıq Akademiyasında formalaşmış yaradıcılıq mühitini, bədii ənənələrin nəsillərarası davamlılığını və Azərbaycan təsviri sənətinin inkişaf yolunu dolğun şəkildə təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri