Icma.az
close
up
RU
Azərbaycan Milli Mətbuatının 150 illiyi... Əkinçi dən müasir dövrə qədər milli mətbuatımızın tarixi və inkişaf mərhələləri

Azərbaycan Milli Mətbuatının 150 illiyi... Əkinçi dən müasir dövrə qədər milli mətbuatımızın tarixi və inkişaf mərhələləri

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Mətbuatın 150 illik şərəfli tarixi..

Azərbaycan milli mətbuatının 150 illik yubileyi xalqımızın mədəni və ictimai tarixində mühüm dönüş nöqtəsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə başlayan bu şərəfli yol, müxtəlif tarixi dövrlərdə inkişaf edərək bu gün müasir Azərbaycan mətbuatının əsasını təşkil edir.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına "Əkinçi" qəzeti və Həsən bəy Zərdabinin tarixi rolundan danışıb.

Nicat İsmayılov

“-"Əkinçi" qəzeti 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən təsis edilmişdir. Azərbaycan dilində nəşr olunan ilk müntəzəm qəzet kimi tarixə düşmüşdür. Qəzetin əsas məqsədi xalqı maarifləndirmək, kənd təsərrüfatının inkişafına kömək etmək və ictimai şüuru yüksəltmək idi.

Maarifçilik hərəkatının görkəmli nümayəndəsi kimi tanınan Zərdabi, "Əkinçi" vasitəsilə xalqın cəhalətlə mübarizəsində mühüm rol oynamışdır. Onun "Mətbuat xalqın gözü, qulağı və dilidir" ifadəsi Azərbaycan jurnalistikasının əsas prinsipinə çevrilmişdi. Zərdabinin əsərlərində milli kimliyin qorunması, qadın hüquqları və elmin təbliği kimi məsələlərə xüsusi diqqət yetirilirdi”-deyə Nicat İsmayılov bildirib.

Politoloq "Əkinçi"nin tarixi əhəmiyyətindən danışarkən bildirib ki, qəzetin fəaliyyəti qısa müddət davam etsə də (1875-1877), o, sonrakı dövrlərdə Azərbaycan mətbuatının inkişafına güclü təsir göstərmişdi.

Qeyd edək ki, "Əkinçi"nin ənənələri "Molla Nəsrəddin", "Füyuzat" və digər qəzetlər tərəfindən davam etdirilib.

Müstəqillik dövründə milli mətbuatın inkişafı...

Politoloq qeyd edib ki, 1990-cı illərdə mətbuat azadlığı daha qabarıq şəkildə özünü göstərməyə başladı.

“Müstəqilliyin ilk illərində Azərbaycan mətbuatında çoxsaylı qəzetlər və jurnallar yarandı. Bunun da öz çətinliklər və problemləri vardı. İqtisadi çətinliklər, qanunvericilikdəki çatışmazlıqlar və digər amillər müstəqil media orqanlarının fəaliyyətini çətinləşdirmişdi. Bununla belə, bu dövr mətbuat azadlığının formalaşdığı mərhələ kimi tarixə düşmüşdü. Ulu Öndər Heydər Əliyevin milli mətbuata dəstəyi, danılmaz faktdır. Mətbuatın dövlət siyasətindəki yeri böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyev milli mətbuatın inkişafına xüsusi diqqət yetirmişdi. Onun dövründə mətbuatın hüquqi bazası gücləndirilmiş və jurnalistlərə dövlət dəstəyi göstərilmişdi”-deyə Nicat İsmayıov bildirib.

“1999-cu ildə Azərbaycan Jurnalistlər Birliyinin yaradıldı. Mətbuat orqanlarına dövlət subsidiyalarının ayrılmağa başlanıldı. "Azərbaycan" qəzetinin dövlət qəzeti kimi fəaliyyətinin genişləndirilməsi, Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Heydər Əliyev milli mətbuatı Azərbaycanın dövlətçilik siyasətinin təbliğat vasitəsi kimi qiymətləndirmişdir. Onun "Mətbuat azad olmalıdır, lakin vətənpərvər olmalıdır" ifadəsi dövrün mediya siyasətinin əsasını təşkil edir”-deyə Nicat İsmayılov qeyd edib.

Prezident İlham Əliyevin dövründə mətbuat siyasəti...

Son illərdə ənənəvi mətbuatla yanaşı, onlayn media orqanlarının inkişafına dəstək verilir. 2015-ci ildə "KİV haqqında" yeni qanun qəbul edilmişdir. Jurnalistlərin sosial müdafiəsi təmin edilir.

Politoloq beynəlxalq media sahəsində uğurlardan da söz açıb: “Azərbaycanın xarici ölkələrdə media təmsilçilikləri açılır. "Azərbaycan" qəzetinin ingilis, rus və digər dillərdə nəşrləri genişlənir”. Müasir dövrdə milli mətbuatın texnoloji imkanların genişləndirilir. Gənc jurnalistlərin sayı artır.

Dövlət dəstəkli media layihələrinin də sayı çoxalır. Mətbuatımızın gələcək perspektivlərini gündəlik mətbuatı izləməklə görmək mümkündür.

Nicat İsmayılov hesab edir ki, vətənpərvər jurnalistika da inkişaf etməkdədir.

“Beynəlxalq mediada Azərbaycanın daha güclü təmsil olunması və jurnalistika təhsilinin keyfiyyətinin yüksəldilməsi də önəmlidir. Nəticə etibarilə 150 illik irsi qoruyuruq və gələcəyə doğru addımlar atırıq. Azərbaycan milli mətbuatının 150 illik tarixi xalqımızın mədəni və siyasi inkişafının güzgüsüdür. Həsən bəy Zərdabinin "Əkinçi"si ilə başlayan bu şərəfli yol, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin diqqətli siyasəti sayəsində müasir dövrdə də inkişafını davam etdirir. Gələcəkdə də milli mətbuatımızın Azərbaycanın dövlətçilik ideyalarının təbliğində, xalqın maariflənməsində və informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağına şübhə yoxdur. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Həsən Bəy Zərdabi deyirdi ki, "Mətbuat xalqın gözü, qulağı və dilidir. Onun vəzifəsi həqiqəti əks etdirmək və xalqı maarifləndirməkdir."”-deyə Nicat İsmayılov fikirini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri