Icma.az
close
up
RU
Azərbaycan Milli Mətbuatının 150 illiyi ölkəmizdə böyük təmtəraqla qeyd edilir

Azərbaycan Milli Mətbuatının 150 illiyi ölkəmizdə böyük təmtəraqla qeyd edilir

Icma.az bildirir, Sia Az portalına istinadən.

2025-ci il Azərbaycan mətbuat tarixi üçün mühüm və əlamətdar bir ildönümüdür. Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi qeyd olunur. 150 illik yol milli mətbuatımızın keçdiyi zəngin tarixi, milli oyanışa, maarifçilik hərəkatına və müstəqillik uğrunda mübarizəyə verdiyi töhfələri əks etdirir.

Zərdabi ilə başlanan yol

Azərbaycan mətbuatının əsası 22 iyul 1875-ci ildə görkəmli maarifçi və ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti ilə qoyulub. Bu qəzet milli dildə, sadə xalq üslubunda yazılırdı və onun əsas məqsədi xalqı maarifləndirmək, elm və təhsili təbliğ etmək idi. "Əkinçi" qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, milli mətbuatın ideoloji və peşəkar təməllərini qoydu.

Mətbuatın inkişaf mərhələləri
sonrakı illərdə "Ziya", "Kəşkül", "Molla Nəsrəddin", "İrşad", "Həyat", "Füyuzat" kimi mətbuat orqanları meydana gəldi. Bu qəzet və jurnallar maarifçilik ideyalarının yayılmasında, xalqın milli kimliyinin formalaşmasında, qadın azadlığı, dilin inkişafı və mədəni dirçəliş proseslərində əvəzsiz rol oynadı.

Sovet dövründə mətbuat ideoloji nəzarət altında olsa da, milli ədəbiyyat və mədəniyyətin təbliğinə, eyni zamanda jurnalistika peşəsinin inkişafına töhfələr verdi. Müstəqillikdən sonra isə Azərbaycan mətbuatı yeni dövrə qədəm qoydu — demokratik prinsiplərə, söz və ifadə azadlığına əsaslanan informasiya mühitinin formalaşması başladı.

Müstəqil medianın inkişafı

1990-cı illərdən etibarən Azərbaycanda çoxsaylı müstəqil qəzetlər, jurnallar və televiziya kanalları fəaliyyətə başladı. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrkən mətbuatın inkişafı ücün bir sira tədbirlər həyata keçirilibdir.

Senzura ləğv edilib,mətbuata dövlət dəstəyi edilərək, jurnalistikanın inkişafı ücün münbit şərait yaradılmışdır. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir.

Son illərdə isə media rəqəmsal sahəyə keçərək, onlayn mətbuat, sosial media və bloq jurnalistikası kimi yeni formalar qazandı. İnformasiya texnologiyalarının sürətli inkişafı media orqanlarının fəaliyyət formatını və auditoriya ilə münasibətini də dəyişdi.

Azərbaycan dövləti də mətbuatın inkişafını daim diqqət mərkəzində saxlamış, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi üçün bir sıra mühüm addımlar atmışdır. Prezident İlham Əliyevin fərmanı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə hər il ölkənin mətbuat işçiləri təltif olunur və bu sahəyə dövlət dəstəyi artırılır.

Azərbaycan mətbuatının 150 illik yubileyi təkcə bir tarix deyil, həm də böyük bir milli-mənəvi irsə hörmətin ifadəsidir. Bu günün jurnalistləri Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin ideyalarını davam etdirərək, cəmiyyətin maarifləndirilməsi, milli maraqların qorunması və düzgün informasiya yayımı missiyasını daşıyırlar.

Azərbaycan Milli Mətbuatı 150 illik şərəfli tarixə, zəngin ənənələrə və peşəkar irsə sahibdir. Bu yubiley yalnız jurnalistlər üçün deyil, bütün cəmiyyət üçün əlamətdar hadisədir. Çünki mətbuat bir millətin güzgüsüdür — onun düşüncəsi, danışığı və inkişaf yoludur. Azərbaycan mətbuatı bundan sonra da xalqın səsinə çevrilərək, milli maraqların müdafiəçisi olaraq qalacaqdır.

Azərbaycan Milli Mətbuatının 150 illik yubleyi münasibətilə bütün mətbuat işçilərinin təbrik edir, Müstəqil Azərbaycanın inkişafı naminə fədakar fəaliyyətlərində onlara yeni-yeni uğurlar diləyirik!

YAP Qubadlı rayon təşkilatının sədri

Təhmasib Rüstəmov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri