Icma.az
close
up
RU
Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” proqramına start verilib

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” proqramına start verilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” (TOT) proqramı həyata keçirilir.

Azərbaycan Kosmik Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim proqramı Braziliya Kosmik Agentliyi və “IDEIA Space” şirkətinin təşkilatçılığı ilə baş tutur. Təlimlər Braziliyanın “IDEIA Space” şirkətinin baş direktoru Leonardo Souza, mühəndis Rafael Paiva Lobo və mütəxəssis Matheus Six tərəfindən aparılır. Proqramda 80 ümumi təhsil mərkəzinin müəllimi iştirak edir. Dörd gün davam edəcək bu proqramın əsas məqsədi müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdləri peyk modellərinin yaradılmasına hazırlamaqdır.

Proqram “Birinci mərhələnin icmalı, təhsil peyk dəstinin təqdimatı, layihə dizayn icmalı şablonu (PDR Canvas) və bordda məlumat emalı sistemi (OBDH) ilə tanışlıq”, “Elektrik enerji sistemi (EPS) və oriyentasiya təyini və idarəetmə sistemi (ADCS) ilə tanışlıq, bu sistemlərin şagird layihələrinə inteqrasiyası”, “Kosmik təhlükəsizlik haqqında məlumatlılığın artırılması, kosmik tullantılar və peyk əməliyyatları ilə bağlı beynəlxalq təlimatlar, faydalı yük anlayışının öyrənilməsi və onun missiyalarda rolu”, “Kosmik missiya məqsədlərinin müəyyənləşdirilməsi, missiya embleminin hazırlanması, peyk alt sistemlərinin inteqrasiyası və layihə dizayn icmalının yekunlaşdırılması” mövzularını əhatə edir.

Təlim müəllimlərə şagirdləri peyk modellərinin yaradılmasında istiqamətləndirməyə, dizayn düşüncəsi bacarıqlarını inkişaf etdirməyə və layihələrin yekun təqdimatlarını hazırlamağa kömək edəcək.

TOT proqramı Azərbaycanda ilk dəfə keçirilən Milli Peyk İnnovasiya Müsabiqəsinin bir hissəsidir. Müsabiqə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Braziliya Kosmik Agentliyi və “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilir. Müsabiqədə ölkənin 41 orta məktəbindən seçilmiş 650 şagird iştirak edir. Onlar komandalar şəklində öz peyk modellərini hazırlayır və “Space X” şirkətinin Falkon raketi vasitəsilə 101-ci “PocketQube” pikopeykini orbitə buraxacaqlar.

Müsabiqənin məqsədi kosmik texnologiyalara marağı artırmaq, elmi-texniki bilikləri inkişaf etdirmək və innovativ düşüncəni gücləndirməkdir. Eyni zamanda, layihə beynəlxalq əməkdaşlıq mühitində gəncləri gələcəyin kosmik mütəxəssislərinə çevirməyi və Azərbaycanın bu sahədə qlobal mövqeyini gücləndirməyi hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri