Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsinin açılışı
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müsabiqə Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Braziliya Kosmik Agentliyi və IDEIA Space şirkətinin dəstəyi ilə həyata keçirilir.
Tədbirdə dövlət nümayəndələri, İDEİA Space şirkətinin rəsmi heyəti və 80 ümumi təhsil mərkəzinin müəllimləri iştirak ediblər. Açılış mərasimində iştirak edən qonaqlar müsabiqənin əhəmiyyətindən və onun gələcəkdə ölkənin elmi və texnoloji inkişafına töhfə verəcək rolundan bəhs ediblər.
Azərkosmosun İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov, layihənin Azərbaycan məktəblilərinin elmi və texnoloji bacarıqlarını inkişaf etdirmək üçün böyük bir fürsət olduğunu vurğulayıb. Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin sədrinin müavini Rəşad Xalıqov, müsabiqənin Azərbaycan gənclərinin innovasiya və texnologiya sahəsindəki potensialını artıracağını qeyd edib.
Braziliya Kosmik Agentliyinin direktoru Paolo Gessini və IDEIA Space şirkətinin icraçı direktoru Leonardo Souza, müsabiqənin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar.
Açılış mərasimində KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov, müsabiqənin məqsəd və mərhələləri haqqında təqdimat edib. O, həmçinin fasilitator müəllimlər üçün təşkil olunmuş 5 günlük Təlimçilərin Təlimi (TOT) proqramı haqqında geniş məlumat verib.
“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” Azərkosmosun KOSMİK Akademiyası ilə Braziliya Kosmik Agentliyinin əməkdaşlığı çərçivəsində IDEIA Space şirkətinin tədris proqramı əsasında həyata keçirilir. Müsabiqədə 40 özəl və dövlət məktəblərindən 650 şagird iştirak edəcək. Şagirdlər, beynəlxalq standartlara uyğun "PocketQube" piko-peykləri quraraq kosmik missiyaların inkişafında iştirak edəcəklər. Qalib komanda tərəfindən hazırlanan 101-ci peyk daşıyıcı raketlə kosmik orbitə çıxarılacaq.
Layihə çərçivəsində məktəblilər proqramlaşdırma, layihə idarəetməsi, elektronika və peyk dizaynı sahəsində nəzəri və praktiki biliklər əldə edəcək, həmçinin komanda işini təkmilləşdirəcəklər. Bu müsabiqə Azərbaycanda gənc nəsli kosmik araşdırmalar və innovativ texnologiyalara maraq göstərməyə təşviq edəcək və ölkənin elmi inkişafına mühüm töhfə verəcək. Müsabiqə, Azərbaycanın kosmik sahədəki beynəlxalq mövqeyini daha da gücləndirərək gənc istedadların bu sahədə inkişafına dəstək verəcək.
AzVision.az
Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” proqramına start verilib
30 Aprel 2025 18:18
ADNSU da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub
25 Noyabr 2025 12:23
“Bakı 2015 Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin təqdimatı olub
28 Oktyabr 2025 12:36
Azərbaycan Qlobal İnnovasiya İndeksində
17 Sentyabr 2025 23:31
Milli Peyk İnnovasiya Müsabiqəsi: noyabrda məktəblilərimiz ilk dəfə peyklərini kosmosa göndərəcəklər REPORTAJ
13 Oktyabr 2025 12:40
Baxış sayı:160
Bu xəbər 18 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları