Icma.az
close
up
RU
Milli Peyk İnnovasiya Müsabiqəsi: noyabrda məktəblilərimiz ilk dəfə peyklərini kosmosa göndərəcəklər REPORTAJ

Milli Peyk İnnovasiya Müsabiqəsi: noyabrda məktəblilərimiz ilk dəfə peyklərini kosmosa göndərəcəklər REPORTAJ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanda ilk dəfə təşkil edilən Milli Peyk İnnovasiya Müsabiqəsi uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində 672 məktəblinin hazırladığı “PocketSat” peyklərinin ABŞ-ın “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi ilə orbitə çıxarılması planlaşdırılır.

Müsabiqənin ikinci mərhələsinin qalibi olmuş 4 komanda – “Women in Tech” təşkilatı və 288, 187, 297 nömrəli tam orta məktəblərin komandaları üçün nəzəri və praktiki məzmunlu 5 günlük vörkşop təşkil olunub.

Proqram çərçivəsində şagirdlər kosmik sektorun əsasları, peyk prototiplərinin hazırlanması, buraxılışa hazırlıq mərhələləri, doğrulama testləri və sahibkarlıq bacarıqları ilə tanış olub, elmi biliklərini praktiki tətbiqlərlə birləşdirmək imkanı qazanıblar. Bu vörkşop Azərbaycanda ilk dəfə keçirilən Milli Peyk İnnovasiya Müsabiqəsinin yekun mərhələsini təşkil edir. Layihə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Braziliya Kosmik Agentliyi və “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilir.

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov AZƏRTAC-a müsahibəsində bildirib ki, əsas məqsəd ölkədə milli kosmik ekosistemin qurulması və inkişaf etdirilməsi, kosmik diplomatiyanın təşviqi və kosmik maarifləndirmənin genişləndirilməsidir. “Bu istiqamətdə önəmli layihələrdən biri məhz Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsidir. Müsabiqə çərçivəsində 41 dövlət və özəl məktəbdən 672 şagird iştirak edib. Altı mərhələdən ibarət olan müsabiqənin yekunu kimi, ilk dəfə milli peyk Azərbaycan məktəbliləri tərəfindən hazırlanaraq Yer ətrafı orbitə çıxarılacaq. Biz bu layihədə Braziliya Kosmik Agentliyi, “IDEIA Space” şirkəti və “SpaceX” ilə əməkdaşlıq edirik. Noyabr ayında ilk milli məktəbli peykinin orbitə buraxılması planlaşdırılır. Layihənin əsas məqsədi Azərbaycanda gələcəyin kosmik mühəndislərinin yetişdirilməsi, innovativ texnologiyalara marağın artırılması və strateji kadr potensialının gücləndirilməsidir”.

“IDEIA Space” şirkətinin icraçı direktoru Leonardo Souza qeyd edib ki, bu müsabiqə kosmik təhsilin gücünü nümayiş etdirən mühüm təşəbbüsdür:

“Azərbaycanlı şagirdlər və müəllimlər Braziliya metodologiyası ilə işləyərək real peyklər hazırlayırlar. Noyabrın 10-da məktəblilərin ilk peyki “SpaceX” şirkətinin “Falcon9” daşıyıcı raketi ilə kosmosa göndəriləcək. Biz artıq bu layihənin təsirini görürük – yüzlərlə məktəbli kosmik mühəndislik üzrə biliklər əldə edir, qadınlardan ibarət komandalar real peyklərin hazırlanmasında iştirak edir. Onların bu prosesdə necə həyəcan və qürur hissi yaşadıqlarının şahidi olmaq çox təsirlidir”.

Leonardo Souza əlavə edib ki, müsabiqə çərçivəsində şagirdlər kosmik missiyanın mahiyyətini, peyklərin funksiyalarını, sistem mühəndisliyini və digər mühüm mövzuları öyrəniblər: “Bu layihə uşaqlarda kosmik mühəndislik düşüncəsinin formalaşmasına, gələcəkdə elm, mühəndislik və texnologiya sahələrinə marağın artmasına şərait yaradır. Bu günün şagirdləri sabahın kosmik mütəxəssislərinə çevriləcək”.

Müsabiqə çərçivəsində, həmçinin “Təlimçilər üçün təlim” (TOT) proqramı həyata keçirilib. Braziliya Kosmik Agentliyi və “IDEIA Space” şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən proqramda 82 müəllim iştirak edib. Onlara peyk alt-sistemləri, kosmik təhlükəsizlik, dizayn düşüncəsi və layihələrin hazırlanması ilə bağlı biliklər verilib. Bu biliklər müəllimlərə şagirdlərin komanda şəklində innovativ layihələrini daha səmərəli yönləndirməyə imkan yaradacaq.

Layihə Azərbaycan məktəblilərinin beynəlxalq kosmik texnologiyalara inteqrasiyası, qabaqcıl biliklərin təhsilə tətbiqi və gənclərin gələcəyin kosmik mütəxəssislərinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, bu təşəbbüs Azərbaycanın qlobal kosmik sahədə mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Xatırladaq ki, müsabiqənin tərəfdaşları sırasında “PAŞA Holdinq” də var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri