Azərbaycan millisi Dünya Kubokunda 6 cı yeri tutdu
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Perunun paytaxtı Lima şəhərində qadınlar arasında keçirilən qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət millimiz komanda yarışında yekun sıralamada 24 ölkə arasında 6-cı olub.
İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya seçmə kollektivini 45:39 hesabı ilə məğlub edib.
Bürünc medalın bir addımlığında olan millimiz yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Polşa yığmasının 45:44 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya Respublikası yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 25 May 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















