Azərbaycan millisi qrupda sonuncu matçına çıxacaq
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, komanda B Liqasının V qrupunda Kiprlə üz-üzə gələcək.
Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçiriləcək matç saat 13:00-da başlayacaq.
Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

