Icma.az
close
up
RU
Azərbaycan millisində daha bir itki

Azərbaycan millisində daha bir itki

Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadə zədə səbəbindən bu il meydana çıxa bilməyəcək.

Bu barədə Bakupost.az -a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hücumçu qış fasiləsindən sonra sıraya dönə biləcək. "Qartallar"ın digər oyunçusu Qismət Alıyev isə təxminən 10 gündən sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Rüstəm Əhmədzadə “Zirə”nin heyətində zədələndiyi üçün Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb. Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, 19-da isə Solnada İsveç yığması ilə qarşılaşacaq.

seeBaxış sayı:59
embedMənbə:https://www.bakupost.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri