Icma.az
close
up
RU
Azərbaycan millisinin baş məqçisi: Legioner futbolçu yerli oyunçu səviyyəsindədirsə, buraya gəlməsə yaxşıdır

Azərbaycan millisinin baş məqçisi: Legioner futbolçu yerli oyunçu səviyyəsindədirsə, buraya gəlməsə yaxşıdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 iyul, AZƏRTAC

Yeni mövsümdə legioner limiti ləğv olunduğu üçün liqamızda əcnəbi futbolçuların sayı çox olacaq. Lakin transfer ediləcək legioner yerli oyunçu səviyyəsindədirsə, buraya gəlməsə yaxşıdır. Çünki gələcək futbolçular üst səviyyədə olmalı və liqaya maraq qatmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-17 millisinin baş məşqçisi Aqil Nəbiyev Premyer Liqa klublarının yay transferləri ilə bağlı danışarkən deyib.

Mütəxəssis bildirib ki, “Qarabağ”ın gətirdiyi oyunçular uğurlu ola bilər: “Bunu əminliklə söyləmək çətindir. Çünki həmin futbolçuların oyununu izləməmişəm. Lakin Qurban Qurbanovun oyunçu seçimi göz önündədir. Gətirdiyi legionlerin böyük əksəriyyəti uğurlu olub. Yassin Benzianın gedişi komanda üçün böyük itkidir. Marko Veşoviç haqqında isə bu fikirləri deyə bilməyəcəyəm. Çünki monteneqrolu oyunçu əsas heyətdəki yerini itirmişdi və əvvəlki formasında deyildi”.

Baş məşqçinin sözlərinə görə, Elmar Baxşıyev “Araz-Naxçıvan”, Rəşad Sadıqov isə “Zirə” üçün yaxşı futbolçular seçib: ”Qarabağ”dan bizə tanış iki sima – Patrik Andrade və Hamidu Keytanın Naxçıvan təmsilçisinə transferi düzgün addım idi. Hər iki futbolçu liqamızı yaxşı tanıyır. Həmçinin, Rəşaq Sadıqov da özünə tanış adları “Zirə”yə cəlb edib. Vinsent Tilli “Sabah”da ondan gözləniləni verməsə də, “qartallar”ın heyətində öz adından söz etdirə bilər. Futbol elədir ki, bir klubda özünü yaxşı tərəfdən göstərməyib, başqa komandada əla çıxış edə bilərsən. Yəqin ki, baş məşqçi onda hansısa potensialı görüb”.

A.Nəbiyev “Sabah”, “Neftçi” və “Sumqayıt”ın yeni mövsümə hazırlıqları barədə də danışıb: “Sabah” avrokuboklara görə mövsümü erkən açdı. Sloveniyanın “Selye” komandasına qarşı oyuna da baxdım. Transferlər barədə indidən nəsə demək düzgün çıxmaz. Hansısa futbolçuya bir oyunla qiymət vermək çətindir. Samir Abasov “Neftçi”də əzmkar kollektiv quracaq. Bu, onun əsas prinsiplərindən biridir. “Sumqayıt”a serbiyalı tanınmış mütəxəssis Saşa İliç gətirildi. Onun futbolçu və məşqçilik təcrübəsi komandaya xeyir verəcək”.

Mütəxəssis bölgə klublarının da transferdə fəallıq göstərdiyini söyləyib: ”Karvan” və “İmişli” uzun, “Qəbələ” isə 1 illik fasilədən sonra Premyer Liqaya qayıtdı. “Qırmızı-qaralar” bölgə klubları arasında infrastrukturu yaxşı olan komandadır. “Turan Tovuz” da futbol üçün yaxşı sərmayə ayırıb. “Kəpəz”də dirçəliş hiss olunur. Ayxan Abbasov “Şamaxı”da gənc və legionerlərdən ibarət yaxşı heyət qurmağa çalışır. Əgər region komandasının yaxşı maliyyəsi yoxdursa, Premyer Liqada oynamağı mənasızdır. Hazırda “İmişli” və “Karvan” bu baxımdan bir az sıxıntı çəkir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri