Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Azərbaycan millisinin futbolçusu: Uğurlu nəticələr üçün səbr və inam lazımdır MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: Uğurlu nəticələr üçün səbr və inam lazımdır MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə AZƏRTAC-a müsahibə verib.

- DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə Bakıdakı matçda ilk dəfə əsas yığmanın formasını geyindiniz. Debütünüzü necə qiymətləndirirsiniz?

- Əsas millidə debüt etmək hər bir futbolçunun arzusudur və mənim üçün çox qürurverici an idi. İlk oyunumda çalışdım ki, baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirim və komandaya fayda verim. Bəzi epizodlarda daha yaxşı oynaya bilərdim, amma ümumi performansı müsbət qiymətləndirirəm. Bu, mənim üçün sadəcə başlanğıcdır.

- Evdə İslandiya (0:2) və Fransa (1:3) kollektivləri ilə keçirilən görüşlər barədə təəssüratlarınız necədir?

- Çox ciddi və səviyyəli rəqiblərə qarşı oynadıq. İslandiya və Fransa kimi komandalar daim böyük turnirlərə qatılır və stabil çıxış edirlər. Biz hər iki matçda maksimum intizamlı olmağa çalışdıq. Bəzi məqamlar istədiyimiz kimi alınmadı, amma komanda olaraq mübarizəmizi göstərdik və inkişaf əlamətlərini hiss etdik.

- Ayxan Abbasovun gəlişindən sonra sanki futbolçularda milli ruh formalaşıb. Amma önəmli olan həm də nəticədir. Uğur üçün nə qədər vaxt lazımdır?

- Dəyişikliklər heç vaxt bir gündə nəticə vermir. Ayxan müəllimin öz fəlsəfəsi var və biz tədricən onun istədiyi oyun üslubunu tətbiq etməyə başlayırıq. Komandadakı ab-hava çox yaxşıdır. Belə davam etsək, qısa müddətdə uğurlu nəticələr gələcək. Sadəcə səbr və inam lazımdır.

- Son iki rəqibin hansından xal alacağınıza inanırdınız?

- Hər iki oyuna xal qazanmaq məqsədilə çıxmışdıq. Futbolda heç bir rəqibə əvvəlcədən təslim olmaq olmaz. İslandiya ilə görüşdə şanslarımızın daha real olduğunu düşünürdük, amma istədiyimizi ala bilmədik. Fransa ilə oyunun isə daha çətin keçəcəyini bilirdik. Amma yenə də oyunun içində qalmaq və layiqli mübarizə aparmaq üçün əlimizdən gələni etdik.

- Hazırda belə belə bir fikir formalaşıb ki, Azərbaycan millisi müdafiə futbolu oynayır...

- Hazırkı vəziyyətdə kənardan belə görünə bilər ki, biz daha çox müdafiəyə meyilli oynayırıq. Amma məqsədimiz balanslı futbol göstərməkdir. Qarşılaşdığımız rəqiblər yüksək səviyyəli olduğuna görə oyunun müəyyən hissələrində daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq. Əsas istəyimiz öz oyun üslubumuzu qorumaq və inkişaf etdirməkdir. Bunun nə dərəcədə alındığını isə zaman göstərəcək.

- Azərbaycan millisi gələn il UEFA Millətlər Liqasının D Divizionunda çıxış edəcək. C Liqasına yüksələ biləcəyinizə inanırsınız?

- Əlbəttə ki, inanırıq. Millətlər Liqası bizim üçün özümüzü göstərmək və reytinq qazanmaq baxımından real şansdır. Komandanın potensialı var və düzgün yanaşma ilə C Liqasına yüksələ biləcəyimizə əminik.

- Ayxan Abbasovun seçmə mərhələdən sonra da yığmada qalmağını istəyirsiniz?

- Mənim üçün əsas olan milli komandaya həqiqətən xeyir verə biləcək baş məşqçinin iş başında olmasıdır. Ayxan müəllim də bu kateqoriyaya daxil olan mütəxəssislərdəndir və ona böyük hörmətim var. Komandaya müsbət toxunuşlar edir, oyun üslubu futbolçulara fayda gətirir. Onunla işləməkdən məmnunam. Amma təbii ki, yekun qərar AFFA rəhbərliyinə aiddir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri