Azərbaycan millisinin sabiq futbolçusu: “Qarabağ” Bakıda “Ferensvaroş”a qarşı daha ciddi oynayacaq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 avqust, AZƏRTAC
Əzmkar oyuna görə “Qarabağ”a alqış düşür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Emin İmaməliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”a 3:1 hesabı ilə qalib gələn “Qarabağ” barədə danışarkən deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, bu hesab Ağdam klubunu aldatmamalıdır: “Rəqib ciddi komandadır. Heç bir kollektiv məğlubiyyəti asanlıqla qəbul etmək istəmir. “Qarabağ” səfərdəki görüşdən fərqli olaraq, doğma meydanda daha ciddi oynayacaq. Düşünürəm ki, Azərbaycan çempionu evdə də qalib gələrək, Liqa mərhələsinə vəsiqə qazanacaq”.
Vaxtilə “Qarabağ”ın formasını geyinmiş E.İmaməliyev Nəriman Axundzadə və Musa Qurbanlının performansından da danışıb: “Hər iki oyunçu “Qarabağ” üçün dəyərlidir. Onlar meydanda olduqları zaman komandaya xeyir verə bilirlər. Yerli futbolçulara daha çox şans vermək lazımdır. Onlar bizim gələcəyimizdir”.
O, “Qarabağ”dan qarşıdakı günlərdə daha bir transfer gözlədiyini əlavə edib.
Qeyd edək ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 21 Avqust 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















