Azərbaycan millisinin üzvü: Heç birimiz uduzmaq istəmirik, azarkeşləri sevindirmək niyyətindəydik
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Azərbaycan milli komandasının üzvü Ozancan Kökçü Belarusa qarşı keçirilmiş yoldaşlıq görüşündən sonra Sportal.az saytına açıqlama verib.
O, komandamızın məğlubiyyətinə görə üzüldüyünü deyib:
"Təəssüflər olsun ki, yenə də azarkeşlərimizi sevindirə bilmədik. İnanın ki, azarkeşlərimizi sevindirmək niyyətindəydik. Təəssüflər olsun ki, bu baş vermədi. Heç birimiz uduzmaq istəmirik. Məsuliyyət tamamilə bizimdir. Həm mən, həm də kollektiv olaraq bunun fərqindəyik. Azarkeşlərimiz nə desə, haqlıdır. Lakin artıq 100 faizdən də artığını etməliyik. Artıq xalqımızı sevindirməliyik. Bu bizə borc oldu. Əlbəttə ki, bunu da edəcəyik. Düzü, Belarusa qarşı yaxşı futbol oynadığımızı düşünürəm. Əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı".
Kökçü, DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərinə də toxunub: "Düzü, qrupdakı bütün rəqiblər bizdən güclüdür. Amma bu o demək deyil ki, biz əlimizi aşağı salacağıq. Hər bir oyuna hazırlaşacağıq və bütün görüşlərdə də ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 26 Mart 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















