Icma.az
close
up
RU
Azərbaycan Misir münasibətləri yüksək zirvəyə çatıb Müvəqqəti işlər vəkili

Azərbaycan Misir münasibətləri yüksək zirvəyə çatıb Müvəqqəti işlər vəkili

Icma.az, 525.az saytına istinadən bildirir.

Bakıda Misir Ərəb Respublikasının Milli bayramı – İyul İnqilabının 73-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Doaa Abdelazeim Ahmed Şehata çıxışında deyib ki, 23 İyul şanlı inqilabı milli müstəqillik və sosial ədalət prinsiplərinin əsasını qoyub, Misir xalqının azadlıq və ləyaqət arzularını ifadə edib. Bu gün də inkişaf və modernləşmə yolunda bizim üçün ilham mənbəyidir:

"Bu gün bizim üçün dəyərli olan Milli Günü dost Azərbaycan torpağında qeyd edirik. Son illərdə Azərbaycan–Misir münasibətləri dinamik inkişaf yolu keçib, dövlət başçıları səviyyəsində keçirilən qarşılıqlı səfərlər və görüşlərlə yüksək zirvəyə çatıb. Bu görüşlər ikitərəfli əməkdaşlığı bütün sahələrdə gücləndirmək üçün ortaq siyasi iradənin təməlini qoyub. Əminik ki, Hökumətlərarası Birgə Komissiyanın  gələcək iclasları ilə yanaşı XİN-lər arasında keçiriləcək siyasi məsləhətləşmələr xalqlarımızın istəklərinə cavab verən və mövcud böyük potensialla ayaqlaşan əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək".

Doaa Abdelazeim Ahmed Şehata Misir və Azərbaycanın regional və beynəlxalq məsələlərdə ortaq baxışlara malik olduğunu, bu əməkdaşlığın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda da uğurla davam etdiyini vurğulayıb. O, Misirin UNESCO-nun baş direktoru vəzifəsinə namizədi doktor Xalid Ənaniyə  göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib, bu dəstəyi xalqlarımız arasında mövcud olan səmimi dostluğun təzahürü kimi dəyərləndirib. Diplomat, həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurla təşkil olunacağına əminliyini ifadə edərək, Misirin bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir xalqını əlamətdar gün münasibətilə təbrik edib, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən bəhs edib. Nazir bildirib ki, bu il Azərbaycan və Misir arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü qeyd olunur. Bu dövr ərzində ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənmək istiqamətində inkişaf edib. İki ölkə arasında 49 ikitərəfli sənəd imzalanıb, 20 sənəd layihəsinə dair danışıqlar aparılır. Nazir söyləyib ki, iqtisadi əməkdaşlıqda artım tendensiyaları müşahidə olunur, ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 3,4 dəfə artıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün  Hökumətlərarası Birgə komissiya səmərəli platforma hesab edilir. Komissiya ilə yanaşı Azərbaycan-Misir İşgüzar Şurası yaradılıb və birgə fəaliyyət planı imzalanıb. Eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirən nazir Misirdən Mərkəzi Asiya ölkələrinə və Çinə, eləcə də əks istiqamətə yüklərin Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daşınması imkanlarının genişləndiyini deyib.

Əlavə edib ki, ölkələrimiz arasında əməkdaşlıq mədəniyyət və turizm kimi sahələri də əhatə edir. Qarşılıqlı olaraq səfər edən turistlərin sayında artım müşahidə olunur. Hazırda AZAL Bakı ilə Şarm-əl-Şeyx arasında həftədə iki dəfə olmaqla birbaşa uçuşlar həyata keçirir. Nazir beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin fəal əməkdaşlığını qeyd edib.

Sonra Misirin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub.

Pərvanə Sultanova

"Azərbaycan-Misir münasibətləri yüksək zirvəyə çatıb" - Müvəqqəti işlər vəkili

"Azərbaycan-Misir münasibətləri yüksək zirvəyə çatıb" - Müvəqqəti işlər vəkili

"Azərbaycan-Misir münasibətləri yüksək zirvəyə çatıb" - Müvəqqəti işlər vəkili

"Azərbaycan-Misir münasibətləri yüksək zirvəyə çatıb" - Müvəqqəti işlər vəkili

"Azərbaycan-Misir münasibətləri yüksək zirvəyə çatıb" - Müvəqqəti işlər vəkili

Şəkil sayı: 5

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri