Icma.az
close
up
RU
Azərbaycan modeli və Ukraynanın faciəsi Güclü lider faktoru tarixin gedişini NECƏ DƏYİŞİR?

Azərbaycan modeli və Ukraynanın faciəsi Güclü lider faktoru tarixin gedişini NECƏ DƏYİŞİR?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün beynəlxalq siyasi arenada əsas müzakirə mövzusu Ukraynada sülhün təmin olunması ilə bağlı planlardır. ABŞ 28 bəndlik, Avropa ölkələri isə 24 maddəlik sülh təklifi ilə çıxış edir. Lakin bu iki plan arasındakı fərq yalnız texniki deyil – təklifi irəli sürənlər ilk növbədə öz maraqlarını önə çəkirlər.
Üstəlik, Ukrayna Prezidenti Volodimir Zelenskiyə planı qəbul etməsi üçün ciddi təzyiqlər göstərilir. Həm Vaşinqton, həm də Avropa siyasi dairələri sülh sənədində öz maraqlarının əks olunmasının vacibliyini bildirirlər. Bu prosesdə isə ən diqqətçəkən məqam Ukraynanın maraqlarının ikinci plana keçməsi, hətta Kiyevin işğal olunmuş ərazilərdən defakto imtina etmək məcburiyyətində buraxılmasıdır. 
Bu vəziyyətin yaranmasında isə bir mühüm faktor ön plana çıxır: güclü, strateji baxışa malik liderin olmaması.
Güclü lider olmayanda dövlət hansı risklərlə üzləşir?
Ukraynanın bu gün yaşadığı faciənin kökündə dayanan əsas faktorlardan biri güclü lider çatışmazlığıdır. Zelenskinin bir neçə gün əvvəl, ABŞ-ın sülh planı ilə bağlı xalqa müraciətində səsləndirdiyi fikirlər bunu açıq şəkildə nümayiş etdirdi:
“Ukrayna son dərəcə çətin seçim qarşısında qala bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşlardan birini itirmək riski”.
Bu dilemma təkcə faciənin miqyasını göstərmir, həm də Ukraynanın taleyinin artıq öz əlində olmamasının etirafıdır. Liderin mövqeyi və milli maraqları müdafiə etmə iradəsi zəiflədikcə, dövlətlər masada tərəf kimi deyil, obyekt kimi yer alırlar.
Fərqli yol seçmək mümkün idimi?
Yaxın tarixə nəzər salsaq, bu suala cavab tapmaq mümkündür. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi. 26 il ərzində Azərbaycan diplomatik yollarla haqq səsini dünyaya çatdırmağa, ədalətli sülhə nail olmağa çalışdı. Lakin ATƏT-in Minsk qrupunun timsalında böyük güclərin fəaliyyəti Azərbaycanın ədalətli mövqeyini tanımaqdan çox, status-kvonu qorumağa xidmət edirdi.
Bu reallıq fonunda nəticə əldə etmək praktiki olaraq mümkünsüz görünürdü. Lakin qətiyyətli lider faktoru tarixin axarını dəyişdi.
İlham Əliyev nümunəsi – strategiya, qətiyyət və nəticə
Prezident İlham Əliyev bu reallıqlar şəraitində praqmatik, qətiyyətli siyasət yürütdü. Bu siyasətdə ən diqqətçəkən faktor diplomatik və hərbi-siyasi müstəvidə koordinasiyalı addımların atılması idi. Azərbaycan bir tərəfdən beynəlxalq arenada ədalətli tələblərini səsləndirir, haqq səsini dünyaya çatdırırdı. Digər tərəfdən, İlham Əliyev Azərbaycanın hərbi, siyasi və iqtisadi baxımdan güclənməsi üçün gecə-gündüz çalışırdı.
Bu cür məqsədyönlü, prinsipial addımlar vahid strategiyanın tərkib hissəsi idi. 
Nəticə 2020-ci ildə – 44 gün ərzində əldə olundu. Azərbaycan Vətən müharibəsində tarixi Zəfər qazandı və 30 ilə yaxın davam edən işğala son qoydu. Heç kimdən yardım almadan, öz gücü hesabına…
Bu siyasət o qədər zərgər dəqiqliyi ilə quruldu ki, Ermənistanı dəstəkləyən güclərin status-kvonu rəsmiləşdirmək cəhdləri iflasa uğradı. Dünya yeni geosiyasi reallığı qəbul etməyə məcbur qaldı.
Liderliyin tarixi dərsi
Bu proses təkcə hərbi uğur deyildi — güclü liderliyin nadir nümunəsi idi. İlham Əliyev göstərdi ki, yalnız qətiyyətli, strateji düşüncəyə malik və milli maraqları hər şeydən üstün tutan lider tarixi ədaləti bərpa etməyə qadirdir.
Əminliklə deyə bilərik ki, İlham Əliyevin nümayiş etdirdiyi nümunə isə təkcə tarixə yazılmayacaq, dərsliklərə düşəcək bir liderlik modelidir.
Kiyev vəziyyəti –  Ukraynanın taleyini kim yazır?
Bu gün Ukrayna torpaqlarının təqribən 20 faizi işğal altındadır, üstəlik Rusiya irəliləməyə davam edir. Zelenskinin sülh planları fonunda  “ya ləyaqət, ya müttəfiq” seçimi etməliyik sözləri isə faciənin miqyasının nə dərəcədə böyük olduğunu göstərir. Bu vəziyyət – təkcə siyasi faciə deyil, liderlik böhranının etirafıdır.
Əslində Ukraynanın qarşısında duran sual budur: Sülhü kim yazacaq – Ukraynanın özü, yoxsa başqaları?
Tarixi nümunələrə baxdıqda cavab aydındır: Güclü lider olmayanda, dövlətin taleyi özünün yox, “müttəfiq”lərinin əlində olur...
Bizim.Media-nın analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri