Icma.az
close
up
RU
Azərbaycan mücrüləri yüksək zirvə toplantısında FOTOLAR

Azərbaycan mücrüləri yüksək zirvə toplantısında FOTOLAR

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə gerçəkləşən “Qərbi Azərbaycanın sənət nümünələri” adlı layihənin icrasını uğurla davam etdirməkdədir. Layihəyə əsasən İctimai Birlik  Qərbi Azərbaycan coğrafiyasında tarixən azərbaycanlılara məxsus yer adlarını, burda formalaşmış ənənələrə söykənən mədəni irs nümunələrini, memarlıq incilərinin, daş abidələrin xarakterik elementlərini tərənnüm edən 12 yeni dekorativ tətbiqi sənət nümunələrinin yaradılmasını və onların tanıdılmasını təmin etməlidir.

Globalinfo.az xəbər verir ki, ictimai birliyin sədri Lalə Sərdarlının bildirdiyinə görə təşkilat bu günədək ADPU və bu təhsil ocağında fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkil etdiyi Qərbi Azərbaycanın zəngin mədəni irsini təbliğ edən konfrans və xüsusi sərgidə, İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəkfinin keçirdiyi 28-ci Avrasiya İqdisadi Zirvəsi və bu təşkilatın 40 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində, Sərdarlılar ailəsinin yaratdıqları Sərdar Sandıq Ocağında keçirilən “Türk dünyasının ortaq dəyərləri-mədəni irs nümunələrimiz” adlı konfrans, sərgidə, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən layihələrə dair ictimai hesabat xarakterli brifinq çərçivəsindəki sərgidə “Urud abidələri”  kolleksiyasına aid olan  “Urudum” adlı sandıqça,”Göyçə çələngi” adl kolleksiyaya aid olan  “Göyçəm” adlı mücrü, “Yurdumun harayı” adlı kolleksiyaya aid olan  ” Dərələyəzim” adlı sandıq,”Mirzə Qədim müjdəsi” adlı kolleksiyaya aid olan “Sonuncu Xan” adlı mücrü, “İrəvanım” adlı kişi üzüyü, “Turan Yolu Zəngəzurum” adlı kolleksiyaya aid olan ” İpək Yolu” adlı sandıqça və “Dərələyəzim” adlı kolleksiyaya aid olan ” Keşkəndim” adlı mücrü nümayiş etdirilmişdir.

Adı çəkilən dekorativ tətbiqi sənət nümunələri ilə ADPU də tələbə və müəllim heyəti, ölkəmizin tanınmış elm, təhsil, incəsənət adamları, millət vəkilləri, Sərdar Sandıq Ocağında rəhbəri Almaniyada yerləşən Türk Tarixi və Mədəniyyətləri Muzeyinin qurucusu, tarixçi,tanınmış ictimai xadim  Cəmaləddin Özdəmir olan, Almaniyadakı yeganə Türk teatrının rəhbərliyi və digər təmsiçiləri, eləcə də Almaniyanın Frankfurt am Main, Berlin və Nürnberq şəhərlərindən, Türkiyənin İzmir şəhərindən gələn böyük bir heyət, Bakıda keçirilən ictimai hesabat xarakterli brifinqdə  ölkəmizin vətəndaş cəmiyyəti təmsilçiləri və mətbuat nümayəndələri, İstanbuldakı yüksək zirvə toplantısında isə 50 ölkəni təmsil edən 500 iştirakçı, sabiq dövlət və hökumət başçıları, bu ölkələri təmsil edən tanınmış ictimai siyasi xadimlər, diplomatlar, nüfuzlu elm, sənət adamları, qabaqcıl iş adamları, dini liderlər yaxından tanış olmuş, Qərbi Azərbaycan həqiqətlərini önə çəkən zəruri bilgilərlə məlumatlandırılmışlar.

Onu da qeyd edək ki, İstanbulda keçirilən yüksək zirvə toplantısında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəkfinin 40 illik yubileyi münasibətilə təşkilat  adından dünya səviyyəsində tanınmış 30 dan çox nüfuzlu simaya təqdim edilən ödüllər Sərdarlılar ailəsinin hazırladıqları xüsusi Azərbaycan mücrülərində, ölkəmizin də adı həkk edilməklə verilmişdir.”Qərbi Azərbaycanın sənət nümunələri” adlı layihənin icrasının növbəti mərhələsində indi hazırlanmaqda olan digər dekorativ tətbiqi sənət nümunələri də Xaçmaz rayonunda konfrans-sərgi formatında yerli ictimaiyyətə təqdim ediləcəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri