Icma.az
close
up
RU
“Putindən məyusam, amma hələ nöqtə qoymuram” “Mən heç kimə etibar eləmirəm...”

“Putindən məyusam, amma hələ nöqtə qoymuram” “Mən heç kimə etibar eləmirəm...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı davranışından “məyus olduğunu” bildirib, lakin Vladimir Putinlə dialoqa tam nöqtə qoymadığını deyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə o, BBC-yə verdiyi telefon müsahibəsində danışıb. Müsahibə Trampın Moskvaya sülh üçün verdiyi 50 günlük ultimatumdan bir neçə saat sonra baş tutub.

Jurnalistin “Siz hələ Putinə etibar edirsinizmi?” sualına cavab olaraq Tramp deyib:
“Mən demək olar ki, heç kimə etibar etmirəm.”

Tramp müsahibədə qeyd edib ki, Putinlə telefon danışıqları adətən eyni ssenari üzrə keçir: “Çox gözəl söhbətlərimiz olur. Deyirəm ki, bax, bu dəfə nəyəsə yaxınlaşmışıq. Amma sonra o, yenə Kiyevdə hansısa binanı yerlə yeksan edir.”

ABŞ Prezidenti əlavə edib ki, Putin onunla “çox nəzakətli” tonda danışsa da, bu nəzakət real siyasətdə heç bir nəticə vermir. Rusiya ABŞ-nin sülh təşəbbüslərini qulaqardına vurur, kompromislərə getmir və Ukraynaya qarşı hücumlarını davam etdirir.

Tramp BBC-yə müsahibəsində Putini necə sülh razılaşmasına məcbur edəcəyinə dair konkret detallar açıqlamayıb, sadəcə deyib: “Bu istiqamətdə işləyirik.”

Müsahibənin digər maraqlı məqamlarından biri də Trampın NATO barədə fikirlərini dəyişməsidir. Əvvəllər alyansı “köhnəlmiş” adlandıran ABŞ Prezidenti bu dəfə bildirib ki,
“NATO artıq hesabları ödəyir” və bu onu “daha səmərəli” edir.

Qeyd edək ki, NATO-nun son Haaqa sammitində müttəfiq dövlətlər hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmağı hədəf olaraq qəbul ediblər. Bu isə Tramp administrasiyasının uzun müddətdir tələb etdiyi göstəricidir.

Tramp vurğulayıb ki, Almaniya, Fransa və İspaniya liderləri onun qərarlarına hörmətlə yanaşır və onun rəhbərliyi altında NATO-nun daha güclü hala gəldiyini qəbul edirlər.

Sonda Tramp kollektiv təhlükəsizlik prinsipini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu prinsip “kiçik ölkələrə böyük dövlətlərə qarşı müdafiə imkanı verir.”

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri