Icma.az
close
up
RU
“Azərbaycan musiqi alətlərinin tacı tar” kitabı təqdim edilib FOTO

“Azərbaycan musiqi alətlərinin tacı tar” kitabı təqdim edilib FOTO

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Tariyel Məmmədovun “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, ədəbi-musiqili gecəni giriş nitqi ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan insanına daim ən yaxın, ən doğma olmuş tarın qisməti elə xalqımızın taleyinə bənzəyir: “Tarixin müxtəlif dönəmlərində xalqın həyatından hansı fərəhlər və acılar keçibsə, xalq ruhunun ifadəçisi olan tarın yalnız səsində, musiqisində deyil, elə vücudunda, varlığında da həmin sarsıntılar və sevinclər nə şəkildəsə əksini tapıb. Son min ildən artıq müddətdə tara maraq və sevgi heç vaxt soyumayıb, hansısa dönəmdə unudulub müəyyən vaxtdan sonra qayıtmaq kimi enib-qalxmalar tardan yan keçib. Tar musiqi səltənətimizdə fasiləsiz hakimiyyət taxtında qərar tutub”.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar Cavanşir Quliyev, sənətşünas Əməkdar incəsənət xadimi Tariyel Məmmədov və digərləri “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabı haqqında ürək sözlərini deyiblər.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Musiqi Dünyası” Azərbaycan beynəlxalq elmi musiqi jurnalı və “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn kitab dahi bəstəkar, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir Hacıbəylinin 140 illik yubileyinə ithaf olunub.

Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda milli musiqi irsimizin incilərindən olan tar haqqında geniş məlumat öz əksini tapıb. Burada tarın tarixi, sənətkarların tardüzəltmə ənənələri, tar və muğamın harmoniyası, alətin quruluşu və bəstəkarlıq yaradıcılığındakı rolu işıqlandırılır.

Həmçinin oxucular Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) tar islahatı, tarın müasir musiqi təhsili sistemində tədrisi və bu sahədə aparılan elmi tədqiqatlar haqqında məlumat əldə edə bilərlər. Kitab XIX–XX əsrlərdə Azərbaycanın görkəmli tar ifaçılarının yaradıcılığından da bəhs edir.

Xatırladaq ki,kitabda yer alan QR-kod vasitəsilə oxucular görkəmli tar ifaçılarımızın arxiv yazıları toplusuna keçid edərək onların nadir ifalarını dinləmək imkanı əldə edəcəklər. Bu zəngin toplunun hazırlanması üçün ilk dəfə kolleksiya şəklində illərin yaddaşında qalmış köhnə arxiv materiallarının bərpası, işlənməsi və rəqəmsallaşdırılması istiqamətində geniş və peşəkar fəaliyyət həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri