Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycan müstəqillik dövründə ilk milyardıncı ton neftini çıxaracaq Bu tarixdə

Azərbaycan müstəqillik dövründə ilk milyardıncı ton neftini çıxaracaq Bu tarixdə

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Enerji sektorunda qlobal dəyişikliklər fonunda Azərbaycanda neft hasilatının gələcək perspektivləri də diqqət mərkəzindədir.

Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, hazırda Azərbaycanın ən böyük neft ehtiyatı və hasilatı olan yatağı Azəri-Çıraq-Günəşli blokudur. Onun sözlərinə görə, bu yatağın neftinin artıq yarıdan çoxu 1997-ci ilin noyabrından bəri çıxarılıb.

Ekspert bildirib ki, təxminən 4,5 milyard barel həcmində neft hasil olunub. Müstəqillik illərində isə ümumilikdə Azərbaycanda 950 milyon ton neft çıxarılıb:

“Müstəqilliyin ilk 10 ilində cəmi 100 milyon ton neft hasil edilib. Yerdə qalan təqribən 850 milyon ton neft isə son 24 ildə, yəni intensiv hasilat dövründə çıxarılıb. İntensiv hasilat prosesi nəticəsində Azərbaycan müstəqillik illərində böyük həcmdə neft hasilatına nail olub.

Məsələn, 1850–1920-ci illər arasında - yəni 70 ildə Çar Rusiyası və Azərbaycan Demokratik Respublikasının (ADR) dövründə ölkəmizdə təqribən 300 milyon ton neft hasil olunub. 70 illik Sovet dövründə isə Azərbaycanın yataqlarından 1 milyard tondan çox neft çıxarılıb. Statistik göstəricilərdən göründüyü kimi, müstəqillik dövründə Azərbaycanda neft hasilatı olduqca sürətli və intensiv şəkildə artıb”.

İ.Şaban əlavə edib ki, proqnozlara görə, təxminən 2027-ci ilin ortalarında Azərbaycan müstəqillik dövrünün ilk milyardıncı ton neftini çıxaracaq:

“Bu, cəmi 35 il ərzində baş verəcək. Faktiki olaraq, müstəqillik illərində neft hasilatının bu qədər sürətlə artması texnologiyanın inkişafı ilə bağlıdır. Yeni texnologiyalar sayəsində yerin daha dərin qatlarından neft ehtiyatları daha effektiv və sürətlə çıxarılır.

Digər tərəfdən, neftin hasilatını tələsik artırmağın səbəbi də budur ki, neft erası geridə qalacaq - dünya iqtisadiyyatında bu əsrin ortalarına doğru digər karbohidrogenlər və yaşıl enerji mənbələrinə tədricən keçid olacaq. Ona görə də nefti mümkün qədər tez çıxarmaq və dəyərləndirilən kapitala çevirmək Azərbaycan üçün daha məqbuldur”.

O həmçinin vurğulayıb ki, neft hasilatının nə qədər müddətə davam edəcəyi isə intensiv hasilatın sürətindən asılıdır:

“Qeyd etmək lazımdır ki, Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilat müqaviləsinin müddəti 2050-ci ilə qədərdir. Lakin mən hesab edirəm ki, 2060-cı ilə qədər Azərbaycanda kommersiya baxımından rentabelli neft hasilatı mövcud olacaq.

Müstəqillik dövründə isə Qarabağ yatağından başqa, neft ehtiyatları kiçik səviyyədədir. Yeni neft yataqları kəşf edilməyib. Azəri-Çıraq-Günəşli yatağı Sovet dövrünün məhsuludur və burada əsasən hasilat həyata keçirilir”.

İlham Şaban qaz sahəsində vəziyyətin fərqli olduğunu diqqətə çatdırıb:

“Bütün iri qaz yataqları məhz müstəqillik illərinə təsadüf edir. Əsrin sonunadək qaz ehtiyatları intensiv işlənməklə ölkənin tələbatını ödəyəcək. Sonrakı dövrdə isə ümumiyyətlə karbohidrogenlərə ehtiyac azalacaq və təbiətin verdiyi bərpa olunan enerji mənbələri prioritet təşkil edəcək”, - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri