Qrenlandiyanın hakim partiyası müstəqillik məsələsini referenduma çıxaracaq
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qrenlandiyanın hakim Siumut (“İrəli”) partiyası adanın müstəqilliyi məsələsini referenduma çıxarmaq niyyətindədir. Partiya lideri Erik Jensen martın 11-də keçiriləcək parlament seçkilərindən sonra səsvermənin prioritet olacağını bildirib. O, bu barədə Danmarks Radio-ya müsahibəsində bildirib.
“Təbii ki, bu, Qrenlandiya xalqı ilə sıx əməkdaşlıqda olacaq və bu çox vacibdir. Nəyə səs verəcəyimizə şübhə yoxdur”, - deyə siyasətçi bildirib.
Jensenin sözlərinə görə, partiya Qrenlandiya və Danimarka hökumətləri arasında adanın mümkün müstəqilliyinə dair danışıqları nəzərdə tutan Ev Qaydası Aktının 21-ci maddəsini aktivləşdirməyi planlaşdırır.
Qrenlandiyanın müstəqilliyi ilə bağlı müzakirələr ABŞ prezidenti Donald Trampın adanı almaq niyyətini açıqlamasından sonra qızışıb. O, ilk dəfə 2019-cu ildə bu ideyanı irəli sürdü, lakin Danimarka səlahiyyətliləri məsələni müzakirə etməkdən imtina etdilər. 2024-cü ilin dekabrında Tramp məsələni yenidən gündəmə gətirərək Qrenlandiyaya nəzarətin “bütün dünyada azadlıq” üçün vacib olduğunu söylədi. Buna cavab olaraq Danimarka səlahiyyətliləri adanın satılmadığını təsdiqləyiblər.
Bundan əvvəl Aİ Trampa Qrenlandiyanı ABŞ-a verməyəcəklərini açıq şəkildə bildirmişdi.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Fevral 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















