Icma.az
close
up
RU
Azərbaycan mütərəqqi inkişafın tək ünvanı!

Azərbaycan mütərəqqi inkişafın tək ünvanı!

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, regionda və dünya siyasətində rolunun, yeni dünya nizamının formalaşması prosesinə verə biləcəyi töhfələrin təhlili olmaqla yanaşı, eyni zamanda, 2025-ci il üçün əsas hədəflərinin müəyyən olunması üçün proqram xarakterli fikirlərlə zəngin oldu. Azərbaycan Prezideni bu müsahibədə həm də gələcək prioritetlər barədə aydın yol göstərdi. Azərbaycanın qaz ixracı, xüsusilə Avropa İttifaqı ölkələrinə istiqamətlənən təchizat strateji önəmə malikdir. Bu faktorlar həm tərəfdaşlara ciddi dəstək, həm də dövlətimizin beynəlxalq enerji bazarındakı mövqeyinin gücləndirilməsini təmin edir. Qaz ixracının coğrafiyasını genişləndirmək və digər Avropa dövlətləri ilə danışıqlar aparmaq kimi perspektivli planlar Azərbaycanın enerji siyasətinin diversifikasiya edilməsini və qlobal enerji bazarlarında daha böyük rol oynamasını hədəfləyir. Bu yanaşma, həmçinin Azərbaycanın enerji təhlükəsizliyini gücləndirmək və qlobal enerji xətlərindəki strateji əhəmiyyətini möhkəmləndirmək məqsədini daşıyır.

Yeni dünya nizamı formalaşarkən beynəlxalq əlaqələrin ədalətli və qarşılıqlı hörmətə əsaslanması vacibdir. Prezident İlham Əliyev müsahibə zamanı bu baxımdan Azərbaycanın regionun aparıcı dövləti kimi xüsusi çəkiyə malik olduğunu vurğulayıb. Azərbaycanın xarici siyasəti məhz bu prinsipə əsaslanır, ölkəmiz heç bir digər ölkənin daxili məsələlərinə qarışmır. Cənubi Qafqazın mühüm geosiyasi mövqeyi nəzərə alındıqda Azərbaycanın Orta Asiya ilə Avropanın geostrateji kommunikasiyasında mərkəzi rol oynaması dövlətimizin regional və qlobal əhəmiyyətini daha da artırır.
Dövlət başçısının sözügedən müsahibəsində əsas diqqət göstərdiyi uğurlar sırasında COP29-a ev sahibliyimiz və D-8 təşkilatına üzv qəbul edilməyimiz xüsusi yer tutur. Cənab İlham Əliyev bu mühüm məqamı qeyd etdi ki, regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı. Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Bu, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.
Müsahibə zamanı Azərbaycan Prezidenti xüsusilə qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Azərbaycan Lideri ölkəmizin Türkdilli ölkələrin inteqrasiyasındakı mühür rolu barədə danışıb. SİTAT: “Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. Bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır.”
Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk ailəsinin həmrəyliyini diqqətə çatdırır. Türk Dövlətləri Təşkilatının beynəlxalq müfuzunun artmasına Azərbaycanın və qardaş Türkiyənin verdiyi töhfələr daim təqdim edilir.
Yerli telekanallara müsahibəsi zamanı Azərbaycan rəhbəri daha bir önəmli məsələyə diqqəti yönəldib. Belə ki, Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Reallıq budur ki, COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq.
Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur.
Dövlətimizin başçısı müsahibə zamanı həmçinin Zəngəzur dəhlizi ilə bağlı da mövqeyinin qətiyyətli olduğunu bir daha isbatladı. Zəngəzur dəhlizinin açıq olmalı olduğunu və mütləq açılacağını vurğulayan dövlətimizin başçısı əslində bununla da diqqətə çatdırıb ki, rəsmi İrəvan bu həqiqəti, bu zərurəti nə qədər tez başa düşsə, onun özü üçün bir o qədər yaxşı olar. Ölkə rəhbərimizin ünvanladığı sualın da son dərəcə məntiqi olması həqiqətən də düşündürücüdür və Ermənistan tərəfi “məhz nə qədər və niyə gözləməliyik,” sualının məntiqi cavabını verməli olduğunu anlamalıdır. Azərbaycan Prezidentinin bu müsahibə zamanı səsləndirdiyi fikirlər, mühüm açıqlamaları onu göstərir ki, bu gün ölkəmiz həm iqtisadi, həm hərbi güc, həm də siyasi müdriklik baxımından regionun əsas aktorudur, dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıdır. Azərbaycanı yeni 2025-ci ilə də böyük uğurlar və zəfərlər gözləyir.

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri