Icma.az
close
up
RU
Azərbaycan muzeylərinin əlamətdar eksponatları: Dünyada ilk uzunmüddətli ağrıkəsici preparat “Analgezin”

Azərbaycan muzeylərinin əlamətdar eksponatları: Dünyada ilk uzunmüddətli ağrıkəsici preparat “Analgezin”

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC

AZƏRTAC “Azərbaycan muzeylərinin əlamətdar eksponatları” silsiləsini davam etdirir. Bu layihə çərçivəsində oxucular ölkəmizin muzey kolleksiyalarında qorunan unikal tarixi nümunələrlə tanış olurlar.

Bu gün diqqətimizi Azərbaycan Təbabəti Muzeyinin eksponatlarından birinə yönəldirik. Muzeyin yerləşdiyi bina özü də olduqca simvolik məna daşıyır – vaxtilə Çernoqorod xəstəxanası kimi fəaliyyət göstərmiş bu məkan, 1914–1917-ci illərdə Həştərxandan sürgündən qayıdan Nəriman Nərimanovun həkim kimi çalışdığı yerdir. Bu fakt muzeyin girişindəki qranit barelyef üzərində qeyd olunub.

Sərgi salonlarının divarlarında Azərbaycanın tibb və səhiyyə tarixini əks etdirən unikal eksponatlar sərgilənir. Hər bir fotoportret yerli və dünya tibbinə töhfə vermiş şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirən canlı hekayə kimi təqdim olunur.

Muzeyin direktoru Sevinc Maniyevanın sözlərinə görə, fonda saxlanılan 14 minə yaxın eksponat arasında xüsusi dəyərə malik nadir nümunələr var. Onlardan biri bu il anadan olmasının 130 illiyi qeyd olunan görkəmli alim, akademik Mustafa Topçubaşov tərəfindən hazırlanmış və tibb tarixində iz qoymuş “Analgezin” preparatıdır.

“Məhz Mustafa Topçubaşov 1938-ci ildə dünyada ilk dəfə olaraq “Analgezin” vasitəsilə uzunmüddətli ağrıkəsici üsul tətbiq edib. Bu preparatın yeganə orijinal nüsxəsi hal-hazırda muzeyimizin kolleksiyasında qorunub saxlanılır və ən qiymətli eksponatlardan biri sayılır. Bu nadir nümunə təxminən 40 il əvvəl – muzeyimizin yaradıldığı dövrdə bizə təqdim olunub”, – deyə muzeyin direktoru bildirib.

Hazırda səksən ildən çox yaşı olan bu flakon əla vəziyyətdə saxlanılır. İçərisindəki maddə tibbi baxımdan artıq istifadə oluna bilməsə də, onun tarixi və elmi dəyəri ölçüyəgəlməzdir. Xüsusi şəraitdə qorunan bu eksponat nadir hallarda sərgi zalına çıxarılır və adətən ayrıca, izolyasiya olunmuş saxlama yerində qorunur.

Sadə, zahirən diqqət çəkməyən bir şüşə flakon olsa da, bu preparatın köməyi ilə yüzlərlə insanın həyatının xilas edildiyi bildirilir.

Bir az köhnəlmiş, sadə etiketdə sadə bir yazı var:

ANALGEZİN

750 см³

(EFİR + YAĞ + NOVOKAİN ƏSASI)

Sərin, qaranlıq yerdə kağıza bükülmüş şəkildə saxlamaq

Azər. Tibb İNSTİTUTUNUN CƏRRAH. KLİNİKA FAK.

Bakı ş.

Sevinc Maniyeva qeyd edib ki, bu, birbaşa Azərbaycan Tibb İnstitutunun cərrahiyyə klinikasında inhalyasiya və lokal anesteziya üçün hazırlanmış işçi məhluldur və İkinci Dünya müharibəsi zamanı geniş istifadə olunub. Bu preparat sayəsində ağrı həssaslığı 6-8 saatlıq aradan qaldırılırdı, yaralıların daşınması zamanı ağrı şokundan qaçmağa imkan verirdi. Bu, bir çox insanın həyatını xilas edib.

1963-cü ildə yeni üsuldan ümumittifaq miqyasında istifadə edilərkən əldə edilən uğurlu nəticələrə görə akademik M.Topçubaşov A.Vişnevski adına mükafata layiq görülmüş, o, xatirə medalı ilə təltif edilmişdir.

Təəssüf ki, “Analgezin” preparatının və onun üzərində qurulmuş analgeziya ideyasının taleyi asan olmayıb.

Neyrofiziologiya laboratoriyasının rəhbəri, tədqiqatçı Qəhrəman Qəhrəmanov xatırlayır: “Nobel Mükafatı Komitəsi akademik Mustafa Topçubaşova və mənə sorğuları cavablandırmağı təklif etdi. Anketlə yanaşı, biz Stokholma “Uzunmüddətli analgeziya – səhiyyə və fiziologiya problemi” adlı kitabımızı da göndərdik. Bir müddət sonra müsbət cavab gəldi: materiallara baxılacaq, nəticələr barədə məlumat veriləcək”.

Lakin hadisələrin gedişatı gözlənilməz şəkildə dəyişib. 1978-ci ildə, Nobel Komitəsinin qərar verməli olduğu ərəfədə “Bakinskiy raboçiy” qəzetində yayımlanmış bir məqalədə Alfred Nobel və onun fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlmiş kimi təqdim olunub. Sonrakı nəşrlərdə isə Nobel qardaşları Azərbaycanın problemlərinin səbəbkarı kimi göstərilib. Bu cür siyasi motivli materialların təsiri nəticəsində həmin il – 1978-ci ildə, Fiziologiya və Tibb üzrə Nobel Mükafatı ümumiyyətlə heç kimə verilməyib.

Bu hadisə elm tarixində üzücü və dramatik bir dönüş nöqtəsi kimi qalıb.

Amma bu gün Azərbaycan Təbabəti Muzeyində saxlanılan etiketli, sadə bir flakon, əslində, insan həyatının qorunmasına həsr olunmuş ömrün, elmi cəsarətin və əxlaqi möhkəmliyin abidəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri