Icma.az
close
up
RU
Azərbaycan nadir ölkələrdən biridir ki, öz müstəqilliyini qoruyaraq inkişaf edir Fəlsəfə doktoru

Azərbaycan nadir ölkələrdən biridir ki, öz müstəqilliyini qoruyaraq inkişaf edir Fəlsəfə doktoru

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Bu tədbirin əvvəlindən bəri iştirak edirik. Bugünkü tədbirimiz olduqca böyük əhəmiyyət kəsb edir. Çünki bu tədbir çox aktual bir məsələyə – yeni dünya nizamı və onun siyasi aspektləri, çağırışları kimi mövzuya həsr olunub. Bu, bu gün hər bir cəmiyyəti və hər bir fərdi düşündürən məsələdir. Tədbirə xarici nümayəndələrin, eləcə də AK Partiyadan iştirak edən dostlarımızın qatılması xüsusi əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, professor İradə Hüseynova deyib.

Onun sözlərinə görə, tədbirdə Fransa da daxil olmaqla bir çox ölkələrdən nümayəndələr iştirak edirdi. Hətta Türkiyə Cümhuriyyətini təmsil edən AK Partiya nümayəndələri də burada yer alırdılar. Eləcə də Mərkəzi Asiya ölkələrindən – Türkmənistan, Qazaxıstan və digər ölkələrdən nümayəndələr fikirlərini bölüşdülər. Mən düşünürəm ki, müzakirə olunan mövzular təkcə bu konfrans üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətlidir: "Bugünkü dünyada baş verən proseslər fonunda bu cür qlobal məsələlərin müzakirəsi çox vacibdir. Dünya nizamı dəyişir, dünya çalxalanır. Bu baxımdan, Azərbaycan nadir ölkələrdən biridir ki, öz müstəqilliyini qoruyaraq inkişaf edir. Bu inkişafın təməlini isə ümummilli lider Heydər Əliyev qoymuşdur.

Möhtərəm Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. O, böyük bir liderdir. 15 İyun – Milli Qurtuluş Günü bizə bir daha xatırladır ki, xalqımız bir vaxtlar parçalanmaq, dağılmaq təhlükəsindən xilas oldu. 1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ciddi siyasi və sosial böhranlardan qurtuldu.

O dövrdə Azərbaycan siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə idi. Xalq ölüm-dirim mübarizəsi aparırdı. Məhz xalqın çağırışı ilə Heydər Əliyev siyasətə qayıtdı və ölkəni ağır proseslərdən çıxardı. Onun xidmətlərinin ən böyüyü, dövlətçiliyimizin əsasını qoruyub saxlaması və müstəqilliyimizin davamlılığını təmin etməsidir.

O vaxtdan etibarən Azərbaycanda bütün sahələrdə böyük islahatlar aparıldı. Demokratikləşmə prosesləri sürətləndi, bələdiyyə institutu yaradıldı və geniş vüsət aldı. Dövlət quruculuğu istiqamətində əhəmiyyətli addımlar atıldı.

Vacib bir məsələ də odur ki, müstəqilliyi qazanmaq çətindirsə, onu qoruyub saxlamaq və inkişaf etdirmək daha da çətindir. Bu, yalnız güclü liderlərin bacaracağı bir işdir. Bu gün biz Azərbaycanın gələcəyinə böyük inamla baxırıq, çünki ölkəmizin başında güclü lider var.

2025-ci ilin xüsusi əhəmiyyət daşıyan bu tədbiri bir daha sübut etdi ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız artıq 30 ildir ki, dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirir. Həm ərazi bütövlüyümüz, həm suverenliyimiz, həm də milli iradəmiz qorunur.

Bütün bu uğurlar isə İlham Əliyevin düzgün strateji siyasəti və yüksək səviyyəli rəhbərliyi nəticəsində əldə olunmuşdur. Bu, asan məsələ deyildi. Uzun illər xalqımız öz dədə-baba torpaqlarına qayıtmaq imkanı əldə edə bilmirdi. Amma bu gün biz bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqının iradəsi sarsılmazdır.

Bu, təkcə ordumuzun qələbəsi deyil, xalqın da zəfəridir. 44 günlük Vətən müharibəsi və ondan sonra həyata keçirilən uğurlu əməliyyatlarla birlikdə biz böyük bir tarix yazdıq.

Bu gün Azərbaycan müstəqil bir dövlət olaraq dünyada öz sözünü deyən, etibarlı tərəfdaş olan, sabit və güclü bir ölkədir. İstər-istəməz dünyanın digər ölkələri Azərbaycanla hesablaşmalı olurlar. Bu da bir daha sübut edir ki, düzgün dövlət idarəçiliyi sayəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Bugünkü konfrans isə bir daha sübut etdi ki, bu cür forumlar çox vacibdir. Bu tədbirlər xalqları bir-birinə yaxınlaşdırır, əməkdaşlığa xidmət edir və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu forum yüksək səviyyədə təşkil olunmuşdur. Bu cür təşəbbüslər və tədbirlər davamlı şəkildə keçirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see402

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see262

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see204

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see188

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see185

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see179

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see155

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see153

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see144

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri