Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə generallarının NATO görüşünün pərdəarxası şərh

Azərbaycan və Türkiyə generallarının NATO görüşünün pərdəarxası şərh

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Polkovnik: “NATO rəhbərliyi Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakına müsbət baxır”

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüsselə səfəri çərçivəsində Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb. Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin sessiyasında (15-17 yanvar) iştirak edib.

Yada salaq ki, ötən il Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Qardaş ölkədən ən yüksək səviyyəli, belə böyük hərbi nümayəndə heyəti nadir hallarda Azərbaycana gəlir. Bu da ikitərəfli hərbi əməkdaşlığa verilən böyük önəmin təzahürü olmaqla yanaşı, heç şübhəsiz, bölgəmiz və onun ətrafında cərəyan edən təhlükəli proseslərlə, o sırada son vaxtlar artan müharibə riskləri və Ermənistanın sülhdən yayınaraq sürətlə silahlanması ilə bağlı idi.

Bu dəfə isə generallar Brüsseldə görüşüblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, K.Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Lusiano Portolano və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Qabor Böröndi ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın carı vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Bölgədə yenə həssas proseslərin cərəyan etdiyi, amerikalı gömrük və sərhəd xidmətçilərinin Ermənistana yerləşməyə hazırlaşdığı bir zamanda bu təmasların olması olduqca əhəmiyyətlidir. Nəzərə alaq ki, Rusiya və İran da bölgə üçün təhdid olaraq qalmaqdadırlar.

Onu da xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Göründüyü kimi, iki qardaş ölkə hərbi müttəfiqliyi hər platformada yüksəltməyə çalışırlar. NATO-da generalların görüşü də bədxahlara növbəti mesaj olmalıdır.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan beynəlxalq sülhməramlı missiyalarda aktiv iştirak edir. Ş.Ramaldov vurğuladı ki, Azərbaycanın tanıtımı NATO rəhbərliyindən hər zaman yüksək qiymətlər alıb: “Hətta Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlılarla bağlı təlim keçirilmişdi ki, bu gün tədris müəssisələrində istifadə olunur. NATO rəhbərliyi Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakına müsbət baxır. Bu sahədə daimi əlaqələrimiz var. Azərbaycanda sülməramlı tabor da var. Mütəmadi olaraq müxtəlif beynəlxalq qurumlar tərəfindən qiymətləndirilir, təlimlər keçirilir. Bütün bu prosesi, yəni sülhməramlı missiyasını həyata keçirən azərbaycanlı hərbçiləri yüksək qiymət alaraq hər zaman seçiliblər. Digər tərəfdən Azərbaycanın hərbi mütəxəssisləri NATO tərəfindən təşkil olunan digər təlimlərdə və tədbirlərdə iştirak edirlər. 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan hərbçiləri hər yerdə, xüsusilə NATO tədbirlərində hörmətlə qarşılanırlar, hətta Azərbaycanın təcrübəsindən faydalanmaq istəyini gizlətmirlər. Buna görə də NATO Azərbaycanla sıx əməkdaşlıq edir. Bu, birinci növbədə beynəlxalq proqramlarda Azərbaycan ordusunun iştirakı məqsədini daşıyır. İkincisi isə Azərbaycan həm qabaqcıl texnologiyaların, həm də taktiki yanaşmalarla bağlı yeniliklərin öyrənilməsi üçün bu cür tədbirlərdə iştirak edir”.

Ş.Ramaldanov hesab edir ki, Azərbaycan bütün dünya üçün açıq ölkədir. Polkovnikin fikrincə, ölkəmiz hər bir sahədə, o cümlədən hərbi sahədə iştirakını göstərir: “Azərbaycan ordusunun Türkiyə modelinə keçidi ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev müvafiq tapşırıq verib. Hazırda proses yekun mərhələdədir. Türkiyə NATO üzvüdür. Bu baxımdan NATO tədbirlərində yüksəksəviyyəli şəxslərin, generalların iştirakı vacibdir. Miqyas baxımından regional təhlükəsizlik məsələlərinin həllində NATO rəhbərliyinin Azərbaycanın maraqlarına uyğun olan proqramlarının ölkəmizdə tətbiq edilməsi, Azərbaycan maraqlarının generallar vasitəsilə çatdırılmasının vacibliyini qeyd etmək olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri