Icma.az
close
up
RU
Azərbaycan neft strategiyası iqtisadiyyatın yeni mərhələyə qədəm qoyması ilə yanaşı, onun dünya birliyində layiqli yerini təmin edib

Azərbaycan neft strategiyası iqtisadiyyatın yeni mərhələyə qədəm qoyması ilə yanaşı, onun dünya birliyində layiqli yerini təmin edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dünyada neft istehsal edən ölkələrin sayı çoxdur. Lakin bu sərvətdən istifadə edərək ölkəni inkişaf etdirmək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, infrastruktur layihələr həyata keçirib gələcəyi təmin etmək, insan kapitalını irəliyə aparmaq heç də bütün neft istehsal edən ölkələrə nəsib olmayıb.

AZƏRTAC xəbər verir ki, bir çox hallarda neft ölkəsi geosiyasi burulğana düşərək nəinki inkişaf etmədi, əksinə, tamamilə dağılaraq dövlətçiliyini itirdi. Böyük güclərin bu sərvətə göz dikməsi müharibələrə və dövlətlərin işğalına səbəb oldu.

Azərbaycanda XIX əsrin əvvəllərindən başlayaraq neft hasil edilir ki, bu heç də həmişə xalqın rifahının yüksələməsinə dövlətin qüdrət qazanmasına gətirib çıxarmayıb. Çar Rusiyası dövründə Bakıya sərmayə yatıran xarici şirkətlər yerli əhalini qul kimi işlədib çıxarılan nefti satıb varlanırdılar. Sovet İttifaqı dövründə isə Azərbaycan nefti İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsinin əsasını təşkil etdi. Lakin buna baxmayaraq respublikamız aqrar ölkə olaraq qalırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft amili yenidən gündəmə gəldi və bu amil bugünkü inkişaf etmiş, torpaqlarını işğaldan azad etmək imkanına malik olan Azərbaycanın iqtisadi tərəqqisinin səbəbinə çevrildi. Əlbəttə ki, ölkəmizin belə sürətli inkişafının arxasında sadəcə neft deyil, onun çıxarılması, hasilatı, emalı, xarici bazarlara nəql olunması kimi gərgin əmək tələb edən işlər dayanır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Neft strategiyası” ilk gündən özünün bəhrəsini verməyə, səmərə gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərdi.

1994-cü ilin sentyabrın 20-də Bakıda, Gülüstan sarayında Azərbaycan tarixində görünməmiş əlamətdar hadisə baş verdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın geosiyasi əhəmiyyətini real qiymətləndirərək xarici dövlətlərin neft şirkətlərini sərmayə yatırmaq və əməkdaşlıq etmək üçün Azərbaycana dəvət edərək müasir və müstəqil Azərbaycanın tarixinə “Əsrin müqaviləsi” kimi yazılan neft müqavilələrini imzaladı.

Sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri”–“Çıraq”–“Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb. Müqavilənin 13 milyard dollar həcmində qiymətləndirilməsi onun nə üçün "Əsrin müqaviləsi" adlandırılması sualına verilən cavabdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (SOCAR, “Amoco”, bp, “McDermott”, “Unocal”, “Lukoyl”, “Statoil”, “Exxon”, “Türkiyə Petrolları”, “Pennzoyl”, “Itochu”, “Ramco”, “Delta”) iştirak edib. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco” (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "Unocal" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiyə Petrolları" şirkətinin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

Ardınca “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton hesablanmışdısa sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatıb və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard dollar qəbul edilmişdi. Ümumi gəlirdən Azərbaycanın payına 80, sərmayəçilərin payına 20 faiz qazanc düşürdü.

Müqavilənin bu şərtlərə imzalanması faktının özü belə Prezident Heydər Əliyevin yüksək diplomatik qabiliyyətinin göstəricisi idi. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə SOCAR ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub.

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard dollar qoyuluşun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi.

1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Neftin satışından əldə edilən gəlirlərin şəffaf şəkildə saxlanması və səmərəli idarə edilməsi üçün Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı.

“Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən Ulu Öndər Heydər Əliyev demişdi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycanın suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.

Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyasi vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirib: “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında müqaviləyə düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Həmçinin Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyuldu.

Bu gün müasir Azərbaycanın inkişafının əsasında neft kapitalının insan kapitalına çevrilməsi dayanır. Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edərək geniş infrastruktur layihələrini həyata keçməsinə nail oldu. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət Limanı, Cənub Qaz Dəhlizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi beynəlxalq əhəmiyyətli layihələr tikildi ki, bunlar da Azərbaycanın gələcəyi üçün iqtisadi dividentlə yanaşı həm də siyasi zəmanətdir. Beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin inşası davam edir. Zəngəzur dəhlizinin reallaşması üçün tikilən yollar, salınan körpülər Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoyması ilə yanaşı onun dünya birliyində layiqli yerini də təmin edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri