Icma.az
close
up
RU
Pezeşkianın Azərbaycana səfəri əlaqələrin yeni mərhələyə qədəm qoyması deməkdir

Pezeşkianın Azərbaycana səfəri əlaqələrin yeni mərhələyə qədəm qoyması deməkdir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"İran prezidenti M. Pezeşkianın Azərbaycana rəsmi səfəri və verilən birgə bəyanatlar hər iki dövlət arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması deməkdir".
Bu fikirləri Newscenter.az-a politoloq Əli Orucov İran prezidentinin ölkəmizə səfərini şərh edərkən səsləndirib. O deyib ki, Tehranla Bakı arasında zaman-zaman müəyyən anlaşılmazlıqlar və ziddiyyətlər yaranıb, mehriban qonşuluq münasibətlərinə, həmçinin etimad mühitinə ciddi xələl gəlib:
"Hətta bu ziddiyyətlər hər iki qonşu dövlət arasında əlaqələrin qırılma nöqtəsinədək gəlib çatmışdı. Bütün bunların hamısı da Tehran rejimin Azərbaycana qarşı sərgilədiyi qeyri-sağlam və pozucu baxışlarından qaynaqlanırdı. Xüsusən də radikal fars millətçi və mühafizəkar tərəf Azərbaycanı müstəqil və güclü bir dövlət kimi qəbul etmək istəmir. Ancaq regionda və dünyada baş verən sürətli dəyişikliklər, İranın özünü tədric duruma salması ABŞ-İsrail ittifaqının hədəfinə çevrilməsi rejimi Azərbaycanla bir qədər yumşaq davranışa məcbur edir. Doğrudur Pezeşkianın Azərbaycana işgüzar səfəri və ritorikası İran-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatmasına və fikir ayrılıqlarının tam aradan qaldırılmasına gətirib çıxarmayacaq. Çünki İranın Konstitusiyasında da mövcud islam inqilabından üzü bəri formalaşdırılan dövlətçilik ənənələrinə görə əsas söz sahibi Ali Dini Liderdi. Onun qərarı və sərgilədiyi mövqe başlıca önəm daşıyır".
Əli Orucov hesab etmir ki, Ali Dini Liderin də Azərbaycana baxışlarında kardinal və pozitiv dəyişikliklər baş versin:
"Lakin prezidentin 120 nəfərlik heyətlə gerçəkləşdirilən səfərindən də göründüyü kimi ən azından bir sıra problemlərin aradan qaldırılması və müxtəlif sahələrdə sıx əməkdaşlıq edilməsi mümkündür. Həmçinin, nəqliyyat kommunikasiya, logistika, təhlükəsizlik mədəni və humanitar ticari sahələrdə irəliləyişlərə nail olmaq mümkündür".
Əli Orucov qeyd edib ki, İranla Azərbaycan arasında münasibətləri kəskinləşdirən faktorlardan biri də Bakının İsraillə yaxınlığındır:
"Baxmayaraq Azərbaycan ən yüksək səviyyələrdə bunun üçüncü ölkələrə, o cümlədən İrana yönəlmədiyini dəfələrlə bəyan edib. Lakin İran həmişə bu əlaqələrdən bəhanə edərək Azərbaycana qarşı təzyiq kimi istifadə etməkdədir. Bütün bunları diqqətlə analiz etsək o qənaətə gələ bilərik ki, İranla Azərbaycan arasında mehriban dost və qonşuluq müstəvisində münasibətlərin qurulması göründüyü kimi sadə deyil, mürəkkəb prosesdir və bu Tehran rejiminin xüsusən də Ali Dini Lidedirin də davranış və iradəsindən asılıdır. Çünki Bakı Tehranla münasibətlərin üst səviyyəyə qalxmasına maraqlıdır, İran tərəfində isə bu marağın olduğunu kəsinliklə söyləmək bir qədər çətindir".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri