Icma.az
close
up
RU
Azərbaycan neftinə rəqib gəlir?

Azərbaycan neftinə rəqib gəlir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya öz neftinin bir hissəsini artıq Gürcüstanda emal etməyə başlayır.

Rusiyanın "Rusneft" şirkəti ilk dəfə olaraq xam neftini Gürcüstanın Kulevi limanına göndərib.

Siberian “Light” markalı 105 min ton neft Novorossiysk limanından Kuleviyə çatdırılıb. Yeni inşa edilən Kulevi Neft Emalı Zavodu illik 1,2 milyon ton, yəni gündəlik təxminən 24 min barel neft emal etmək gücünə malikdir. 

Bu da Rusiyanın sanksiyalar səbəbilə daxili emal gücündə itkiləri kompensasiya etmək üçün regionda yeni alternativlər axtardığını göstərir.

Qeyd edək ki, Ukraynanın Rusiya neft infrastrukturuna endirdiyi hava zərbələri nəticəsində, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Rusiyanın neft emalı həcmi gündəlik 500 min barel azalıb. 

Gürcüstandakı bu yeni zavod, Kreml üçün alternativ emal məkanı rolunu oynaya bilər. Bu, Azərbaycan neft qiymətlərinə təsir edə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu, Gürcüstanla Rusiya arasında anlaşmadır:

“Neftin alınması və emal edilməsi Gürcüstan hökumətinin prioritetlərindən biridir. Bu, Azərbaycan neftinə heç cür təsir etmir. Ümumiyyətlə, Azərbaycan neftin bir barelinin qiyməti ayrı-ayrı birjalar tərəfindən müstəqil surətdə təyin olunur.

Dünyada birjalarda bir barel neftin qiyməti isə əsasən 3 marka üzrə müəyyənləşdirilir. Yəni “Brent” markalı neftin qiymətinə uyğun olaraq Azərbaycan neftinin qiyməti hesablanır. Ona görə də bunun birbaşa Azərbaycan nefti ilə əlaqəsi olmasa da, ən azından bizim neft qiymətlərinə hanısa təsiri yoxdur”. 

Qeyd edək ki, Kulevidə SOCAR-a məxsus neft terminalı fəaliyyət göstərir. 2008-ci ilin mayında istifadəyə verilmiş terminalın illik gücü 10 mln. ton təşkil edir.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri