Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,57 % azalaraq 74,79 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 72,83 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
20 Noyabr 2024 10:57

