Icma.az
close
up
RU
Azərbaycanda kənd təsərrüfatına aid ixtisaslar dəbdən düşüb MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycanda kənd təsərrüfatına aid ixtisaslar dəbdən düşüb MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Gənclərin kənd təsərrüfatına və fermerliyə marağının azaldığı bir dövrdə yaşayırıq. Bəzi müasir iqtisadi dəyişikliklər, texnologiyanın inkişafı və şəhər həyatının cəlbediciliyi bu sahədə gənclərin iştirakını azaltmışdır. Kənd təsərrüfatı sektoru ənənəvi olaraq zəhmət tələb edən, vaxt aparan və maddi baxımdan riskli bir sahə kimi tanınır. Bütün bu amillər gənclərin bu sahəyə olan marağını azaldıb.

Bəs, gənclər niyə kənd təsərrüfatına maraq göstərmir? Bu sahədə azalan marağın əsas səbəbləri nələrdir? Kənd təsərrüfatı sektoru gənclər üçün nə dərəcədə cəlbedicidir və onların qarşılaşdıqları əsas çətinliklər hansılardır?

Mövzu ilə bağlı kənd təsarrüfatı eksperti Cəfər İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, gənclər, ümumiyyətlə, daha çox rahat zehni işlərlə məşğul olmağa meyillidirlər:


“Bu, texnologiyanın sürətlə inkişafı və yeniliklərin ortaya çıxması ilə bağlıdır. Kənd təsərrüfatında isə fiziki işin və iş şəraitinin çətinliyi hələ də mövcuddur. Ənənəvi kənd təsərrüfatı anlayışı gənclərin bu sahəyə marağını azaltmaqda rol oynayır. Bununla belə, Azərbaycanda bu sahəyə olan marağı artırmaq üçün təhsil və təqaüd proqramları kimi bir sıra layihələr həyata keçirilir.

Bu məsələyə diqqət yetirmək vacibdir, çünki bu gün Azərbaycanda kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyur. Yeni sənayeləşmə və innovativ texnologiyaların tətbiqi nəticəsində, daha müasir və peşəkar kadrlar ehtiyacı yaranıb. Bu kadrlar, əslində, çox yaxşı imkanlara malikdirlər. Azərbaycanda, xüsusən də regionlarda bir çox təsərrüfatlar yüksək peşəkar kadrlar və qida mühəndisləri axtarır və onlara yaxşı əmək haqqı təklif edir”.

Ekspert əlavə olaraq qeyd edib ki, lakin bu sahənin gənclər arasında daha da populyarlaşması üçün onları düzgün şəkildə məlumatlandırmaq vacibdir:

“Bu gün kənd təsərrüfatında işlər yalnız fiziki əməkdən ibarət deyil. Texnologiyalar sayəsində sahəyə getmədən və uzun məsafələr qət etmədən sahə haqqında məlumatlar əldə etmək mümkündür. Gəncləri bu sahənin perspektivli və vacib olduğunu anlamalarına kömək edəcəkdir. Bu sahəyə qoşulmaq istəyənlər həmçinin yaxşı əmək haqqı qazanmaq və müasir iş şəraitində işləmək imkanlarına malikdirlər.

Bu səbəbdən, kənd təsərrüfatı sahəsinin təbliğinə və maarifləndirməsinə daha çox diqqət yetirmək vacibdir. Bu cür təşəbbüslər gənclərin bu sahədəki mövqeləri daha yaxşı anlamağa və bu sahəyə daha çox maraq göstərməyə imkan verə bilər”.

Təhsil eksperti Kamran Əsədovun fikrincə, gənclərin kənd təsərrüfatına və fermerliyə maraq göstərməməsinin bir sıra əsas səbəbləri var ki, bunlar iqtisadi, sosial və texnoloji faktorlarla bağlıdır:

“Müasir dövrdə gənclər kənd təsərrüfatını çətin, gəlirsiz və perspektivsiz bir sahə kimi qəbul edirlər. Bu sahənin gənclər üçün cəlbedici olmamasının kökündə dayanan problemləri və bu sahəyə marağın azalmasını doğuran əsas faktorları araşdırmaq vacibdir.

Kənd təsərrüfatı ənənəvi olaraq ağır fiziki əmək tələb edən bir sektor hesab olunur. Müasir iş şəraiti və texnologiyanın artan təsiri ilə birlikdə gənclər daha çox texnologiya ilə inteqrasiya olunmuş, şəhər həyatına uyğun və daha rahat iş şəraitinə malik peşələri seçirlər. Kənd təsərrüfatı sahəsində texnologiyanın tətbiqi inkişaf etsə də bir çox ölkələrdə bu proses hələ də ləng gedir. İrəliləyişlərə baxmayaraq, kənd təsərrüfatında işləyən insanların əksəriyyəti köhnə metodlardan istifadə edir, bu isə gənclərin marağını daha da azaldır.

Gəlir perspektivləri kənd təsərrüfatının gənclər üçün az cəlbedici olmasının digər mühüm səbəbidir. Kənd təsərrüfatında gəlir qeyri-sabitdir və hava şəraitindən, torpağın keyfiyyətindən, bazar qiymətlərindən və digər amillərdən asılıdır. Müqayisə üçün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sektorunda işləyənlərin ümumi məşğulluqdakı payı 2-3% təşkil etdiyi halda, bir çox inkişaf etməkdə olan ölkələrdə bu göstərici daha yüksəkdir. Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payı son illərdə artmış olsa da bu sektorda çalışan insanların əmək məhsuldarlığı inkişaf etmiş ölkələrlə müqayisədə daha aşağı səviyyədədir. Bu isə gənclərin kənd təsərrüfatında işləmək əvəzinə, şəhərlərdə digər sektorları seçməsinə səbəb olur”.

Ekspert əlavə edib ki, urbanizasiya və demoqrafik dəyişikliklər kənd təsərrüfatı işçi qüvvəsinin azalmasına səbəb olan əsas amillərdən biridir:
“Şəhər həyatının cazibədarlığı, daha yaxşı maaşlı iş imkanları və inkişaf etmiş infrastruktur kənd yerlərindən gənclərin axınını sürətləndirir. Bu proses təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, Avropa və ABŞ-da da müşahidə edilir. Kənd təsərrüfatında çalışan əhalinin orta yaşının artması və gənclərin bu sahəyə marağının azalması gələcəkdə ərzaq istehsalı və aqrar sektorda işçi qüvvəsi çatışmazlığına səbəb ola bilər.

Təhsil və maarifləndirmə məsələsi də bu sahəyə marağın azalmasına təsir göstərən faktorlardandır. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış universitet və kolleclərin sayı artsa da, bu təhsil müəssisələrinə olan maraq kifayət qədər yüksək deyil. Tədris proqramlarının müasir texnologiyalara uyğun olmaması və tələbələrin bazar tələblərinə cavab verən bacarıqlar qazanmaması bu sahənin inkişafını məhdudlaşdırır. Kənd təsərrüfatı sahəsində çalışan gənclərin təhsil almaq üçün daha geniş imkanlara malik olması və yeni texnologiyalarla tanış olması bu sahəyə olan marağı artırmaq üçün vacib addımlardan biridir.

Kənd təsərrüfatında innovasiya və texnologiyanın tətbiqi bu sahəni daha cəlbedici edə bilər. Avropada və ABŞ-da kənd təsərrüfatının texnologiyalaşdırılması sahəsində böyük addımlar atılır. Müasir kənd təsərrüfatı modelləri süni intellekt və avtomatlaşdırılmış sistemlər vasitəsilə məhsuldarlığın artırılması fermerlərin gəlirlərini artırmağa və bu sahəni daha maraqlı etməyə kömək edir. Nümunə olaraq, Hollandiyada kənd təsərrüfatında dronlar, robot texnologiyaları və süni intellekt sistemləri geniş tətbiq olunur. Bu isə kənd təsərrüfatını ənənəvi ağır iş sektorundan yüksək texnologiyalı və gəlirli bir sahəyə çevirir.

Maliyyə dəstəyi və investisiyalar gənclərin kənd təsərrüfatına marağının artırılması üçün mühüm faktorlardan biridir. Bir çox gənc kənd təsərrüfatı biznesinə başlamaq istəyir, lakin ilkin kapital və ya bank krediti almaq çətinliyilə üzləşir. Fermer təsərrüfatlarının yaradılmasını dəstəkləyən dövlət proqramları, subsidiyalar və aşağı faizli kreditlər bu sahədə inkişafı stimullaşdıra bilər. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı startaplarına yönəlmiş müxtəlif maliyyə təşəbbüsləri gənclərin kənd təsərrüfatına cəlb edilməsinə kömək edir”.

Kamran Əsədov son olaraq qeyd edib ki, gənclərin kənd təsərrüfatına marağını artırmaq üçün kompleks strategiyaların həyata keçirilməsi vacibdir:
“Aqrar texnologiyaların tətbiqi, aqro-startapların təşviqi, kənd təsərrüfatı təhsilinin müasir tələblərə uyğunlaşdırılması və dövlətin maliyyə dəstəyi bu sahəyə marağı artırmaq üçün əsas addımlardır. Eyni zamanda, kənd təsərrüfatında innovativ və texnoloji yeniliklər tətbiq edildikdə bu sahə daha gəlirli və cəlbedici hala gələ bilər. Beləliklə, kənd təsərrüfatına gənclərin cəlb edilməsi təkcə iqtisadi yox, həm də sosial inkişaf baxımından mühüm əhəmiyyət daşıyır”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Fevral 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri