Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Futbol bileti olanlar vizanı tez alacaqlar

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Xaricdən təhsil alan vətəndaşlar niyə geri qayıtmaq istəmir? MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Xaricdən təhsil alan vətəndaşlar niyə geri qayıtmaq istəmir? MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycandan xaricə təhsil məqsədilə gedən gənclərin sayı sürətlə artır.
Avtosfer.az xəbər verir ki, narahatedici məqam ondan ibarətdir ki, bu gənclərin böyük əksəriyyəti təhsilini başa vurduqdan sonra vətənə geri dönmür.

Onlar ya yaşadıqları ölkədə qalaraq orada iş tapır, ya da müxtəlif səbəblərlə geri qayıtmaq istəmirlər. Bu tendensiya isə ölkədə beyin axını problemini daha da dərinləşdirir.
Bəs gəncləri doğma ölkədən uzaqlaşdıran əsas səbəblər nələrdir?


Məsələ ilə bağlı beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov saytımıza bildirib ki, son 10–15 il ərzində Azərbaycanda müşahidə olunan əsas problemlərdən biri, ixtisaslı kadrların və gənc mütəxəssislərin ölkədən kütləvi şəkildə köç etməsidir:
"Xüsusilə universiteti bitirmiş, savadlı və bacarıqlı gənclərin xaricə üz tutması bu tendensiyanı daha da ciddiləşdirir. Onların bir hissəsi təhsil məqsədilə gedir, digərləri isə iş imkanları və daha yaxşı karyera şəraiti üçün xarici ölkələrə yönəlirlər. Xaricdə təcrübə qazanmaq və sonra həmin bilik və bacarıqları Azərbaycanda tətbiq etmək müəyyən hallarda müsbət nəticələr verir. Ancaq bu hallar çox nadir və istisna təşkil edir. Ümumilikdə, bu proses ölkənin insan resursları potensialının zəifləməsinə səbəb olur. Əsas problemlərdən biri də Azərbaycanda bəzi ixtisasların artıq əmək bazarının tələblərinə cavab verməməsidir. Müasir dövrün çağırışlarına uyğun yeni ixtisaslar formalaşdırılmalı və təhsil proqramları yenilənməlidir".
Mütəxəssis qeyd edib ki, digər bir ciddi məsələ bacarıqlı və aktiv gənclərin əsasən dövlət qurumlarında çalışmağa üstünlük verməsidir:
“Məsələn, universitetdə təhsil alan bir çox tələbə gələcəkdə yalnız ASAN Xidmət, Qida Təhlükəsizliyi Agentliyi və ya DOST Agentliyi kimi dövlət qurumlarında işləmək istədiyini bildirir. Onların çox az qismi özəl sektorda və ya startap sahəsində fəaliyyət göstərmək barədə düşünür. Bu isə əmək bazarında balanssızlığa səbəb olur. Nəticədə, gənclər ölkədə perspektiv görməyərək xaricə üz tutur və əksəriyyəti geri dönmək istəmir. Bu problemin qarşısını almaq üçün dövlət səviyyəsində effektiv proqramlar hazırlanmalı və həyata keçirilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, belə ölkələrin əksəriyyəti vaxtilə oxşar sosial-iqtisadi problemlərlə üzləşmiş, lakin məqsədyönlü siyasətlə bu tendensiyanın qarşısını ala biliblər".
Asif İbrahimov vurğulayıb ki, müxtəlif ölkələrdə, o cümlədən, Türkiyə və Rusiyada beynəlxalq idarəetmə sahəsində layihələrdə iştirak edərkən müşahidə edib ki, Azərbaycanda yetişən ixtisaslı kadrlar, eyni sahədə fəaliyyət göstərən xarici mütəxəssislərlə müqayisədə daha bacarıqlı və potensiallıdırlar. Sadəcə bu potensialın düzgün istiqamətləndirilməsinə və dəstəklənməsinə ehtiyac var. Dövlətin bu istiqamətdə konkret və məqsədyönlü mexanizmlər formalaşdırması vacibdir. Mütəxəssis sonda bu problemin qarşısı alınması və insan kapitalına yönəlik ciddi islahatlara start verilməsinin vacibliyini vurğulayıb.


Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi saytımız bildirib ki, son dövrlərdə gənclərin xaricdə təhsilə yönəlməsi Azərbaycanda geniş yayılmış tendensiyalardan birinə çevrilib. 
"Bunun əsas səbəblərindən biri, ölkəmizdə ali təhsil müəssisələrinə qəbul zamanı tətbiq olunan müsabiqə şərtləridir. Bir çox abituriyent, xüsusilə də oğlanlar bu şərtləri ödəyə bilmədiklərinə görə xaricdə təhsil almağa üstünlük verirlər. Burada maraqlı məqamlardan biri də hərbi xidmət məsələsidir. Bəzi gənclər, xüsusilə də oğlanlar hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsili çıxış yolu kimi görürlər. Təəssüf ki, bəzən bu proses qeyri-qanuni yollarla, məsələn, attestatla xarici universitetlərə qəbul olunmaq cəhdləri ilə müşayiət olunur".
Ekspertin sözlərinə görə hər il ölkədə ali təhsil müəssisələrinə qəbul üçün təxminən 90-100 min arasında müraciət qeydə alınır. Lakin bu müraciətlərdən yalnız təxminən 58-60 min nəfəri plan yeri üzrə qəbul edilir. Nəticədə, yerdə qalan 25-30 min abituriyent xaricdə təhsil almağa çalışır. Onların bir qismi uğur qazanır, digərləri isə maliyyə və ya yaşayış şəraiti kimi səbəblərə görə bu fürsətdən yararlana bilmir.


"Xaricdə təhsil almaq istəyən şəxslərin bir qismi bunu məqsədli şəkildə, yəni yerli ali təhsil sisteminin onları qane etmədiyinə görə edirlər. Bu qrup abituriyentlər daha hazırlıqlı olur və xarici universitetlərə qəbul prosesi onlar üçün daha asan baş tutur. Eyni zamanda, dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa çalışan şəxslər də mövcuddur. Son illərdə bu proqram vasitəsilə təxminən 200 nəfər xaricdə təhsilə yönəlir. Bu rəqəm ümumi müraciətlərlə müqayisədə olduqca azdır və yerli təhsil sistemində müəyyən boşluqların olduğunu göstərir".
Elçin Əfəndi vurğulayıb ki, dövlət proqramı ilə xaricdə təhsil alan şəxslər, təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdıb əmək fəaliyyətini burada davam etdirməlidirlər.
"Lakin öz hesabına və qeyri-rəsmi yollarla xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı ciddi problemlər ortaya çıxır. Bəzilərinin diplomları saxta olur, bəziləri isə ölkəni tərk etmədən diplom əldə edir. Bu səbəbdən həmin şəxslərin bilik və bacarıqları çox zaman real ixtisas tələblərinə uyğun gəlmir və nəticədə onlar həm iş tapmaqda, həm də diplomlarının rəsmi tanınmasında çətinliklərlə üzləşirlər. Bu baxımdan, xaricdə təhsil almaq istəyən şəxslər ya dövlət proqramı çərçivəsində, ya da tam rəsmi və qanuni yolla qəbul olunmalıdırlar. Ən optimal yanaşma da məhz budur. Könül istərdi ki, xaricdə təhsil alanların sayı minimuma endirilsin. Çünki onlar xaricə üz tutduqda, həm də həmin ölkələrin iqtisadiyyatına və turizminə xidmət etmiş olurlar".


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 May 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see410

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see266

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see162

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri