Azərbaycan Oman İnvestisiya Təşkilatı ilə tərəfdaşlıq imkanlarını müzakirə edib
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
COP29 çərçivəsində Azərbaycan və Oman İnvestisiya Təşkilatı ilə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğun olaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə sənaye, “yaşıl enerji”, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialı nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















