Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Azərbaycan ombudsmanı İƏT iclasında insan hüquqlarının müdafiəsi və əməkdaşlıq çağırışları ilə çıxış edib

Azərbaycan ombudsmanı İƏT iclasında insan hüquqlarının müdafiəsi və əməkdaşlıq çağırışları ilə çıxış edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasında keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin iclasında və Assosiasiyanın Baş Assambleyasında iştirak edib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, tədbirlərdə çıxışı zamanı ombudsman Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal şəkildə iştirak, həmçinin bir sıra mühüm qlobal tədbirlərə ev sahibliyi etdiyini bildirib. Müvəkkil ötən il Assosiasiya çərçivəsində üzv təsisatlar arasında əlaqələrin gücləndirilməsi və birgə fəaliyyətin artırılmasından məmnunluqla bəhs edib, əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan ombudsmanının mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə həyata keçirdiyi fəaliyyəti, eləcə də təsisatın ötən müddətdə fəaliyyəti barədə məlumat verən Səbinə Əliyeva əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən, əldə olunmuş müsbət təcrübədən bəhs edib.

Müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edən Səbinə Əliyeva Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından zorla qovularaq qaçqın düşdüyünü və onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu bildirib. Ombudsman həmin şəxslərin hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müvəkkil Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların insanların həyat və sağlamlıqlarının itirilməsinə səbəb olduğunu, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıdışı və təhlükəsiz yaşaması üçün ciddi təhdid yaratdığını, basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilmədiyini bildirib. Ombudsman bununla bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət etdiyini, bu problemin həlli istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı çağırışlar edildiyini, lakin bu günədək hər hansı bir nəticənin əldə olunmadığını vurğulayıb.

İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Tədbirlərdə Assosiasiyaya üzv ölkələrin ombudsman və milli insan hüquqları təsisatları arasında əməkdaşlığın artırılmasının vacibliyi diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb. Ombudsman, həmçinin beynəlxalq media nümayəndələrinə, eləcə də İranın yerli media nümayəndələrinə müsahibələr verib, eyni zamanda, onları ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see264

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see250

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see224

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see188

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see153

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see146

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri